Özbəkistan prezidentlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Özbəkistan Respublikasının Prezidenti (özb. Oʻzbekiston Respublikasining Prezidenti) — Özbəkistan Respublikasının dövlət başçısı. Özbəkistan Prezidenti vəzifəsi Özbəkistan 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanandan sonra yaradılmışdır. Prezident həm də Özbəkistan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Özbəkistan Prezidenti vəzifəyə Özbəkistan Konstitusiyasının müvafiq maddələrinə əsasən 7 il müddətinə birbaşa Özbəkistan vətəndaşları tərəfindən seçilir. Bu vəzifəni 2016-cı il 8 sentyabr tarixindən Şavkat Mirziyayev icra edir.
Cəld faktlar Başçılıq edir, Müraciət forması ...
Özbəkistan Respublikasının Prezidenti | |
---|---|
özb. Oʻzbekiston Respublikasining Prezidenti | |
Vəzifədədir Şavkat Mirziyayev 14 dekabr 2016-cı ildən Müvəqqəti: 8 sentyabr 2016 - 14 dekabr 2016 | |
Başçılıq edir | Özbəkistan |
Müraciət forması | Cənab Prezident |
Rəsmi iqamətgahı | Köksaray Prezident Sarayı |
Səlahiyyət müddəti | 7 il, iki dəfə |
Vəzifənin təsis tarixi |
24 mart 1990 (Özbəkistan SSR Prezidenti) 1 sentyabr 1991 (Özbəkistan Respublikasının Prezidenti) |
Vəzifədə birinci | İslam Kərimov |
Rəsmi saytı | president.uz |
Bağla