İnkişaf etmiş ölkə
From Wikipedia, the free encyclopedia
İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20-30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71.1% Avropada, 15.8%-i Asiyada, 5.3%-i Şimali Amerikada, 5.3%-i isə Okeaniyadadır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı:
- İsveçrə (1987-ci ildən);
- Norveç (1988-ci ildən);
- Birləşmiş Ştatlar (1992-ci ildən);
- Lüksemburq (1992-ci ildən);
- Danimarka (1994-cü ildən);
- Niderland (1995-ci ildən);
- Yaponiya (1996-cı ildən);
- Almaniya (1996-cı ildən);
- Avstriya (1996-cı ildən);
- İtaliya (1996-cı ildən);
- Kanada (1997-ci ildən);
- Belçika (1997-ci ildən);
- Avstraliya (1997-ci ildən);
- Fransa (1998-ci ildən);
- İsveç (1998-ci ildən);
- İslandiya (1998-ci ildən);
- İrlandiya (1998-ci ildən);
- Birləşmiş Krallıq (1999-cu ildən);
- Finlandiya (1999-cu ildən);
- Sinqapur (1999-cu ildən);
- İspaniya (2001-ci ildən);
- Tayvan (2002-ci ildən);
- Kipr (2002-ci ildən);
- Yeni Zelandiya (2003-cü ildən);
- Cənubi Koreya (2006-cı ildən);
- İsrail (2006-cı ildən);
- Portuqaliya (2007-ci ildən);
- Sloveniya (2007-ci ildən);
- Monako (2008-ci ildən);
- Lixtenşteyn (2008-ci ildən);
- Malta (2008-ci ildən);
- Çex Respublikası (2009-cu ildən);
- Slovakiya (2011-ci ildən);
- Estoniya (2012-ci ildən);
- Yunanıstan (2013-cü ildən);
- Litva (2013-cü ildən);
- Latviya (2016-cı ildən);
- Andorra (2020-ci ildən);
- San Marino (2021-ci ildən);
- Xorvatiya (2023-cü ildən).