From Wikipedia, the free encyclopedia
Şahverdi xan Qaradağlı (?-1589) — qızılbaş sərkərdəsi, vali.
Şahverdi xan Qaradağlı | |
---|---|
1583 – 1589 | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Əhər, Qaradağ vilayəti, Səfəvilər dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Əhər |
Vəfat səbəbi | edam |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Ənsar xəlifə Qaradağlı |
Şahverdi bəy Ənsar xəlifə oğlu Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. Atası Ənsar xəlifə Qaradağlı Şirvan əyalətinə bəylərbəyi təyin ediləndə onu Qaradağ vilayətinə hakim təyin etdilər. 1583-cü ildən 1589-cu ilədək Qaradağa rəhbərlik etmişdi. Osmanlı ordusu Qızılbaşlar məmləkətinə hücum edəndə Şahverdi xan heç bir dirəniş göstərmədən tabe oldu. I Şah Abbas Qaradağı geri alandan müfəttişlərinə Qaradağ əhvalatını təftiş etməyi tapşırdı. Şahverdi xanın xəyanəti üzə çıxdı. O, 1589-cu ildə öldürüldü.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.