Şimali Amerika Kordilyerləri
From Wikipedia, the free encyclopedia
Şimali və Cənubi Amerikanın qərb kənarı boyu uzanmış Kordilyerlər Aleut adalarından Odlu Torpağa qədər davam edir. Uzunluğu 16000 km-dir. Şimali Amerika Kordilyerləri dedikdə isə şimaldan Mərkəzi Amerikaya qədər olan hissə nəzərdə tutulur. Onun cənub sərhədi bəzən Panama boğazında, bəzən isə daha şimalda götürülür. Uzunluğu 7000 km-dən çoxdur və qitənin 1/3 hissəsini tutur.