Şərif Mehmed PaşaIII Murad, III MehmedI Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Cəld faktlar Misir bəylərbəyi, Əvvəlki ...
Şərif Mehmed Paşa
ƏvvəlkiQurd Mehmed Paşa
SonrakıHızır Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XVI əsr
Vəfat tarixi XVII əsr
Bağla

Həyatı

Doğum tarixi haqqında məlumat yoxdur. Əslən fars olub, Osmanlı tabeliyinə necə girdiyi məlum deyil. Saray dəftərxanasına alınaraq burada xidmət etmiş, 1591-ci ildə baş dəftərdar olmuşdur. 1593-cü ildə vəzifədən alınsa da, 1595-ci ilin iyulunda ikinci dəfə bu vəzifəyə gətirildi. Ancaq həmin il yenidən vəzifədən alındı və Misir bəylərbəyi oldu. 1598-ci ilin iyulunda vəzifədən alındı. 1600-cü ildə vəzir rütbəsilə divana daxil oldu. 1601-ci ildə İrəvan bəylərbəyi olsa da, ertəsi il qala Səfəvilər tərəfindən mühasirəyə alındı. Bir il boyunca mühasirədə qalsa da, qalanı təslim etməyərək məşhurlaşdı. 1604-cü ildə baş verən çatışmaların birində əsir düşdü. Bəzi mənbələrdə şəhid düşdüyü göstərilsə də, bəzi mənbələrdə də İran əhalisi tərəfindən seyidliyi səbəbilə hörmət qazandığı və burada öz əcəliylə vəfat etdiyi qeyd edilir. Ölüm tarixi məlum deyil.

Mənbə

  • Sicill-i Osmani IV, səh. 24

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.