Əlqas Mirzə
From Wikipedia, the free encyclopedia
Əlqas Mirzə (15 mart 1516, Qarabağ – 9 aprel 1550, Qəhqəhə qalası, Ərdəbil ostanı) — Səfəvi şahzadəsi, Şirvan vilayətinin bəylərbəyi, Şah təhmasibə qarşı üsyanın başçısı. Əlqas Mirzə Şah İsmayılın sağ qalmış dörd oğlundan biridir.
Cəld faktlar Əbül Qazi Sultan Əlqas Mirzə, Əvvəlki ...
Əbül Qazi Sultan Əlqas Mirzə | |
---|---|
القاس میرزا | |
| |
1532/33 – 1538 | |
1538 – 1547 | |
Əvvəlki | Hüseyn bəy Şamlı |
Sonrakı | Abdulla xan Ustaclı |
1546 – 1547 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qarabağ, Səfəvilər dövləti |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Qəhqəhə qalası, Səfəvilər dövləti |
Fəaliyyəti | şair |
Atası | Şah İsmayıl Xətai |
Anası | Şah Sultan |
Həyat yoldaşı | Xədicə Sultan |
Uşağı |
Sultan Əhməd Mirzə Sultan Fərrux Mirzə |
Ailəsi | Səfəvilər |
Dini | Şiə İslam |
Rütbəsi | general |
Bağla
Səfəvi imperiyasının qurucusu I İsmayılın oğlu olan Əlqas Mirzə ilk öncə Astrabad bəylərbəyi olmuş, Şirvan tamamilə Səfəvi imperiyasına tabe etdirildikdən sonra isə oranın bəylərbəyi təyin edilmişdir. Daha sonra böyük qardaşı I Təhmasibə qarşı üsyan qaldırmış, üsyanı yatırıldıqdan sonra da Osmanlı imperiyasına sığınmışdır.