User:Lodzdeena/ABŞ tarixi (1789–1849)
From Wikipedia, the free encyclopedia
Amerika Birləşmiş Ştatların 1789–1849-cu illər tarixi Amerikada qərbə doğru genişlənmə dövrü idi. Corc Vaşinqton 1789-cu ildə birinci prezident seçildi. Vaşinqton şəxsi instiutivi ilə üç nazirlik qurdu: Xarici İşlər (rəhbəri Tomas Cefferson), Xəzinədarlıq (rəhbəri Aleksandr Hamilton) və Müharibə (ilk rəhbəri Henri Knoks). Katiblər yeni baş prokuror ilə birlikdə kabineti təşkil edirdi. Mərkəzi Nyu-York olan yeni hökumət ölkənin maliyyə strukturunu yenidən qurmaq üçün dərhal fəaliyyətə başladı. Hökumət Hamiltonun proqramını qüvvəyə mindirdi, ştatların və milli hökumətin İstiqlal müharibəsi borclarını öz üzərinə götürdü və bunları yeni federal istiqrazlarla yenidən maliyyələşdirdi. Proqramın xərcləri yeni gömrük tarifləri və vergilərlə ödənildi. Viskiyə qoyulan vergi qərbdə üsyana səbəb oldu. Vaşinqton ordu qurdu və üsyanı ən aşağı şiddətlə yatırdı. Yeni konstitusiyaya 10 dəyişiklik olaraq Hüquqlar haqqında Bill (United States Bill of Rights) qəbul edildi. Konstitusiyanın Ali Məhkəmə tərəfindən məhdudlaşdırılan məhkəmə sistemi spesifikasiyasını dəqiqləşdirərən 1789-cu il Məhkəmə qanunu (Judiciary Act 1789) bütün federal məhkəmə sistemini yaratdı. Ali Məhkəmə güclü Ali Məhkəmə yaradan və milli hökuməti gücləndirən federalist və millətçi baş hakim Con Marşallın (1801-1835) rəhbərliyi altında inkişaf etdi.
1790-cı illər çaxnaşmalarla doludur. Birinci partiya sistemi (First Party System) Hamilton və onun Federalist Partiyası ilə Tomas Cefferson və onun Respublikaçılar Partiyası arasındakı münaqişədən yarandı. Vaşinqton və Hamilton geniş maliyyə fonuna və ölkədəki tacir və maliyyəçilərin dəstəyinə sahib olan güclü milli hökumət qururdular. Ceffersonçular yeni milli banka, donanmaya və federal vergilərə qarşı çıxırdılar. Federalistlər isə Fransa ilə bir sıra müharibələr etmiş İngiltərəni dəstəkləyirdi. Ceffersonun 1800-cü ildəki zəfəri ceffersonçu demokratiya dövrünü başlatdı və və yuxarı təbəqədəki federalistləri getdikcə marjinal rollara məhkum etdi.
Luiziyanın 1803-cü ildə Napoleondan satın alınması ilə Ceffersonun müdafiə etdiyi sürətlə genişləyən fermerlərin ehtiyaclarını tam şəkildə ödəyən məhsuldar torpaqlar Qərbdə geniş əraziyə yayıldı.
Amerikalılar 1812-ci il müharibəsində dənizdə amerikan nüfuzunu qorumaq, qərbdəki hindu axınlarını sonlandırmaq, o cümlədən Kanada ərazisini danışıqlar vasitəsi kimi müvəqqəti ələ keçirmək üçün İngiltərəyə müharibə açdı. Xarici işlər naziri Ceyms Monro 1812-ci ilin iyununda – "Kanadanı işğal etmək müharibənin məqsədi deyil, lakin müharibəni qənaətbəxş nəticəyə çatdırmaq üçün lazım ola bilər." – demişdir. Amerikalılar hökumətin səriştəsiz idarəçiliyinə və erkən bir sıra məğlubiyyətlərə baxmayaraq, Britaniya işğallarını dəf edən və köhnə Şimal-Qərbdə məskunlaşan ingilislərlə hindular arasında ittifaqı pozan Endrü Cekson, Vilyam Henri Harrison və Vinfild Skott kimi yeni generallar tapdılar. Düşmənlə ticarət etmək və ayrılmaq təhlükəsi yaradacaq dərəcədə müharibəyə qarşı olan federalistlər müharibənin qalibiyyətlə başa çatması ilə viran qaldılar. Mississippi çayının şərqində qalan hindular rezervasiyalarda saxlanıldı və ya Göz yaşı izi (Trial of Tears) ilə daha sonra Oklahomaya çevrilən rezervasiyalara köçürüldü.
Demokratiyanın genişlənməsi bütün ağdərili kişilərə səsvermə hüququ verərək ceksonçu demokratiyanın İkinci partiya sistemi ərzində siyasətdə hakim mövqe tutmasına şərait yaratdı. Varlı əkinçiləri, tacirləri, maliyyəçiləri və peşəkarları təmsil edən viqlər (whigs) gömrük tariflərindən və federal maliyyələşdirilən daxili təkmilləşdirmələrdən istifadə edərək cəmiyyəti modernləşdirmək istədilər. 1830-cu illərdə milli bankı bağladan ceksonçular onların qarşısını aldı. Ceksoniyalılar Manifest Destiny kimi tanınan fermerlər və əkinçilər tərəfindən işğal ediləcək yeni torpaqlara genişlənmək istəyirdilər. Texasın ilhaqı, Meksikanın müharibədə məğlub olması və İngiltərə ilə razılaşma sayəsində 1848-ci ildə ölkənin üçdə bir hissəsi qitə ABŞ-sini tamamladı.
Amerikadakı transformasiya siyasi demokratikləşmədən əlavə teleqraf, dəmir yolları, poçt və genişlənən nəşriyyat sənayesi də daxil olmaqla struktur, eləcə də kommunikasiya texnologiyalarının və şəbəkələrinin böyük böyüməsi idi. Onlar İkinci böyük oyanışın dini dirçəlişlərini, təhsilin genişlənməsini və sosial islahatları mümkün etdi. Həmçinin partiya siyasətini modernləşdirdilər və genişlənən bir ölkə daxilində malların, pulların və insanların sürətli, səmərəli hərəkətini təmin etməklə biznesi sürətləndirdilər. Cənubda yüksək gəlirli pambıq əkinləri, Şimal-şərqdə yeni toxuculuq və maşınqayırma sənayesi və sürətlə inkişaf edən nəqliyyat infrastrukturu sayəsində iqtisadi modernləşmə sürətlə davam etdi.
1791–1838-ci illərdə ilkin On üç koloniyadan 13 yeni ştat yarandı.
Amerikalılar Avropa modellərindən qoparaq öz yüksək mədəniyyətlərini, xüsusən ədəbiyyatda və ali təhsildə inkişaf etdirdilər. İkinci böyük oyanış ölkə daxilində canlanmalar gətirdi, yeni məzhəblər meydana gətirdi və xüsusilə metodistlər və baptistlər arasında kilsə üzvlüyünü xeyli artırdı. 1840-cı illərdə Avropadan, xüsusən də ingilislərdən, irlandlardan və almanlardan çoxlu sayda immiqrant gəlirdi. Bir çoxları iqtisadiyyatda və cəmiyyətdə əsas amil kimi meydana çıxmağa başlayan şəhərlərdə məskunlaşdılar. Viqlər Texasın ilhaqının köləlik məsələsində böhrana səbəb olacağı haqda xəbərdarlıq etmişdilər. 1850-ci illərdə Vətəndaş müharibəsinə səbəb olan iğtişaş onları haqlı çıxartdı.