İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı
From Wikipedia, the free encyclopedia
Rəsmi adı Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə Sveriges Riksbank Mükafatı (isv. Sveriges riksbanks pris i ekonomisk vetenskap till Alfred Nobels minne) olan İqtisadiyyat üzrə Nobel mükafatı İsveç Kral Elmləri Akademiyası tərəfindən hər il iqtisadi elmlər sahəsində araşdırma aparan tədqiqatçılara verilir.[1] İlk mükafatın qalibləri 1969-cu ildə Raqnar Friş və Yan Tinberqen olmuşdur.[2] Hər bir laureat medal, diplom və miqdarı hər il dəyişən pul mükafatı alır.[3] 1969-cu ildə Tinberqen və Frişə 375,000 İsveç kronu verilmişdi(bu pul 2007-ci ildə 2,871,041 İsveç kronudur). Mükafat Stokholmda Alfred Nobelin vəfatının ildönümü olan dekabrın 10-da illik mərasimdə təqdim olunur[4]
2018-ci ildəki mükafatla birlikdə 50 İqtisadiyyat üzrə Nobel mükafatı 81 şəxsə verildi.[5] 2007-ci ilə qədər 9 mükafatla ən çox mükafatın əldə edildiyi sahə makroiqtisadiyyatdır.[6] 2018-in oktyabrından etibarən ən çox laureata sahib universitet 32 laureatla Çikaqo Universiteti olmuşdu.[7] 2009-cu ilə qədər bu mükafatı qazanan tək qadın iqtisadiyyatçı Elinor Ostrom idi.[8] 2019-cu ildə Ester Duflo bu mükafatı qazanaraq tarixdəki ikinci qadın İqtisadiyyat üzrə Nobel mükafatı laureatı oldu.[9]