ABŞ-nin əraziləri
From Wikipedia, the free encyclopedia
ABŞ-nin əraziləri ABŞ federal hökumətinin nəzarət etdiyi inzibati-ərazi vahididir. Onlar məhdud suverenliyə malik ABŞ ştatları və yerli amerikalı qəbilələrindən fərqlidirlər.[2][qeydlər 1] Ərazilər inkorporativliyinə və ABŞ Konqresinin qəbul etdiyi orqanik akta əsasən "mütəşkil" bir hökumətin varlığına görə təsnif edilir.[3]
ABŞ-nin əraziləri | |||
---|---|---|---|
| |||
Dövlət başçısı | Co Bayden | ||
Qubernatorlar | Cari ərazi qubernatorlarının siyahısı | ||
Sahəsi | |||
• Ümumi | 22294.19 km² | ||
Əhalisi | |||
• Əhali | 4.066.778 nəfər | ||
Demonim | Amerikalı | ||
"Birlik" hər hansı bir xüsusi siyasi statusu təsvir etmir və ştat və ərazilərə tətbiq edilir. Ştat olmayan ABŞ əraziləri ilə əlaqəli istifadə edildikdə, bu termin konsitutsiya malik, özünüidarəetmə hüququ birtərəfli olaraq Konqres tərəfindən geri alınmayacaq özünüidarə edən ərazini təsvir edir.[1] | |||
Vikianbarda əlaqəli mediafayllar |
Hal-hazırda ABŞ Karib dənizində və Sakit Okeanda on altı əraziyə malikdir.[qeydlər 2] Beşi (Amerika Samoası, Quam, Şimali Marian adaları, Puerto-Riko və ABŞ Vircin adaları) daimi məskunlaşmış, qeyri-inkorporativ ərazidir; digər on bir ərazi yerliləri (və ya daimi əhalisi) olmayan kiçik ada, atoll və riflərdir. Bu on bir dənədən yalnız biri (Palmira rifi) inkorporativ ərazi kimi təsnif edilir. İki ərazi (Baxo-Nueva və Serranilla bankəsi) de-fakto Kolumbiya tərəfindən idarə olunur.[5][6]
Tarixən, ərazilər yeni əldə edilmiş torpaqları idarə etmək üçün yaradılmışdır. Bir çox ərazi nəticədə ştatlığa çevrildilər.[7][8] Filippin, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Palau kimi müəyyən vaxt ərzində ABŞ tərəfindən idarə olunan digər ərazilər nəticədə daha sonra müstəqil ölkələr oldular.
ABŞ-nin bir çox mütəşəkkil inkorporativ əraziləri 1789-cu ildən 1959-cu ilə qədər mövcud olmuşdur. Şimal-qərb və Cənub-qərb əraziləri ilk və Alyaska Ərazisi və Havay Ərazisi sonuncu olmuşdu. Bu ərazilərdən 31-i müraciət etmiş və ştat olaraq qəbul edilmişdi. Ərazilərin ştatlığa çevrilməsi və təşviqi prosesində kifayət qədər inkişaf və əhali sıxlığı olmayan bir ərazidəki bəzi bölgələr Konqresin ştatlıq üçün müraciət etməsi barədə səsvermədən sonra müvəqqəti olaraq daha böyük bir ərazinin himayəsinə verildilər. Məsələn, Missuri Ərazisinin bir hissəsinin Missuri ştatına çevrildikdə, Ayova, Nebraska, Cənubi Dakota və Şimali Dakota ştatlarının bütünü, Kanzas, Vayominq və Montananın əksəriyyəti, Kolorado və Minnesotanın hissələri daxil olmaqla ərazinin qalan hissəsi faktiki olaraq qeyri-mütəşəkkil əraziyə çevrildi.[9]
ABŞ əraziləri ABŞ-nin materik hissəsindən və Havaydan aşağı infrastruktura və telekommunikasiya səviyyəsinə malikdirlər, məsələn, Amerika Samoasında internet sürəti bir çox Şərqi Avropa ölkəsindən daha yavaş olduğu müəyyən edilib.[10] Ərazilərdə yoxsulluq səviyyəsi ştatlara nisbətən daha yüksəkdir.[11][12]