SSRİ bayrağı
From Wikipedia, the free encyclopedia
SSRİ bayrağı (rus. Госуда́рственный флаг Сою́за Сове́тских Социалисти́ческих Респу́блик, Gosudárstvenny flag Soyúza Sovétskikh Sotsialistícheskikh Respúblik) — SSRİ-nin 1922-ci ildən 1991-ci ilə qədər istifadə etdiyi dövlət bayrağı. Bayrağın dizaynı müxtəlif mənbələrdən götürülsə də, onun ilk forması Rusiya inqilabı zamanı yaranıb. Zamanla kommunist hərəkatının mülkiyyətinə çevrildi və bu gün müxtəlif ölkələrin kommunist partiyaları tərəfindən istifadə olunur.
SSRİ bayrağı | |
---|---|
Təfərrüatlar | |
Ləqəb | Qırmızı bayraq |
Proporsiya | 1:2 |
Dizayn |
Yuxarı kantonda qızıl oraq və çəkic və qızıl kənarlı qırmızı ulduz olan düz qırmızı bayraq. Rənglər Qızılı |
Vikianbarda əlaqəli mediafayllar |
Bayrağın yuxarı sol hissəsində qızılı oraq və çəkic, bir az yuxarıda isə qırmızı ulduz var. Çəkic fəhlələri, oraq isə kəndliləri təmsil edir. İki simvolun birliyi həm də davamlı inqilabi ittifaqı təmsil edir.
Bayrağın ilk variantı 1922-ci ilin dekabrında qəbul edilib. 1955-ci ildə bayrağın rəsmi ölçüləri əsasnamə ilə müəyyən edilmişdir. Bundan əlavə, bu tənzimləmə ilə oraq və çəkic kiçik dəyişikliklərə məruz qalıb. Bu şəkildə müəyyən edilən bayrağın son variantı Sovet İttifaqı dağılana qədər istifadə olunub. Bayraq 1991-ci il dekabrın 26-na keçən gecə endirilib.