İqtisadiyyat üzrə "Nobel" mükafatı
From Wikipedia, the free encyclopedia
İqtisadi Elmlər üzrə Nobel Mükafatı — Nobel Fondu tərəfindən iqtisadiyyat elminə edilmiş töhfələrə görə verilən mükafatdır və bir çoxları tərəfindən, bu sahədə olan mükafatlar sırasında ən prestijlisi hesab edilir.
İqtisadiyyat Alfred Nobelin 1895-ci ildə şəxsən hazırladığı siyahıya daxil olmasa belə, İqtisadiyyat üzrə Nobel mükafatının digər elmlər üzrə verilən Nobel mükafatları ilə eyni səviyyədə olması hesab edilir. İqtsadiyyat üzrə mükafat 1968-ci ildə İsveç bankı Sveriges Riksbank tərəfindən yaradılmışdır və bu bank tərəfindən də maliyyələşdirilir[1]. Bu mükafat ilk dəfə olaraq, 1969-cu ildə ”iqtisadi proseslərin təhlili üçün dinamik modellərin hazırlanması və tətbiqinə görə” Danimarka və Norveç alimləri Yan Tinberqen və Raqnar Frisxə verilmişdir[2].