İsrail–Həmas müharibəsi
Yaxın şərqdə hərbi münaqişə / From Wikipedia, the free encyclopedia
Qəzzada müharibə və ya HƏMAS–İsrail müharibəsi — 2023-cü ilin 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları ilə başlayan müharibə. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzzə sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başladı.[55][56][57][58] Paralel olaraq, təxminən 2500 fələstinli yaraqlı Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və qonşu İsrail icmalarında mülki əhalini qətlə yetirib. Ən azı 1400 israilli öldürüldü, o cümlədən musiqi festivalında 260 nəfər qətlə yetirildi.[59] Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Qəfil hücum İsrailin əks hücumu ilə qarşılandı və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan etdi.[59]
İsrail–Həmas müharibəsi hələ davam etdiyi üçün məqalə tez-tez dəyişikliyə məruz qala bilər. Məqalənin hazırkı adı da sonradan dəyişdirilə bilər. Etibarlı mənbələrə istinad etməklə bu məqaləni zənginləşdirə və təkmilləşdirə bilərsiniz. Məqalənin son yenilənmə tarixi: 23:17, 13 aprel 2024 (UTC) (30 gün əvvəl). |
Həmas-İsrail müharibəsi | |||
---|---|---|---|
Ərəb-İsrail müharibələri | |||
عملية طوفان الاقصى מלחמת חרבות ברזל | |||
| |||
Tarix |
7 oktyabr 2023 – hal-hazırda (Şablon:Age in years, months, weeks and days) |
||
Yeri | İsrail, Fələstin və Livan (kiçik miqyasda Suriya və İraqda) | ||
Vəziyyəti |
Davam edir
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Həmas tərəfindən başladılmış hərbi toqquşmalara "Əl-Əqsa fırtınası" əməliyyatı adı verilmişdir. 7 oktyabr tarixində baş tutan toqquşmalar 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsindən sonra İsrail ərazisindəki ən şiddətli döyüşlər kimi tarixə keçmişdir.[60][61] Döyüş əməliyyatları hadisə günün səhər saatlarında İsrailə qarşı raket hücumları və minik avtomobillərində silahlanmış yaraqlılarn İsrail ərazilərinə daxil olması, ətrafdakı yəhudi yaşayış məntəqələrinə və İsrail Silahlı Qüvvələrinə mənsub hərbi bazalara bir necə xaotik hücumlarla başlayıb.
Bəzi siyasi icmalcılar bu hadisələri Üçüncü Fələstin İntifadasının başlanğıcı olduğunu hesab edirlər. Düz 50 il əvvəl, 1973-cü ilin 7 oktyabr tarixində baş vermiş Yom Kippur müharibəsindən sonra ilk dəfə olaraq İsraildə hərbi vəziyyət elan edilmişdir.[62] Hadisələrin qəfildən şiddətli toqquşmalarla əvəzlənməsinin dəqiq səbəbləri məlum deyil.
2023-cü ilin iyul ayında İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində və aprel ayında Əl-Əqsa məscidi yaxınlığında baş vermiş toqquşmaların indiki hadisələrin əsas çıxış nöqtəsi kimi qəbul edilməkdədir. Hər iki hadisə zamanı fələstin tərəfdən 250-dən çox şəxs, İsrail tərəfdən isə 30 hərbçi həyatını itirmişdir. Həmas rəmsiləri də 7 oktyabrda başlatdıqları hücumlara haqq qazandırmaq və hücumun səbəblərini izah etmək üçün aprel ayında Əl-Əqsa məscidi yaxınlığındakı toqquşmaları əsas gətirib. Həmasın hərbi qanadlarından olan İzzədin əl-Qəssam Briqadasının komandirlərindən Məhəmməd Deif fələstinlilərə və israil ərəblərinə səslənərək Səddləri dağıtmağa və işğalcıları qovmağa dair çağırış edib.
Hücumların başlamasından qısa müddət sonra İordan çayının qərb sahilində keçirilən fövqəladə iclasda Fələstin Dövləti başçısı Mahmud Abbas Qəzzə camaatının apardığı mübarizəyə öz dəstəyini ifadə edib və fələstinlilərin İsrail işğalına qarşı özlərini müdafiə etmək hüququna malik olduğunu bildirib.[63][64] İsraildə bütün əsas müxalifət partiyaları Fələstin tərəfindən başladılmış hücumu ilə mübarizə aparmaq üçün milli birlik hökumətinin yaradılmasını tələb ediblər.[65]
Həmas yaraqlılarının sərhədi keçərək İsrailə daxil olması nəticəsində Qəzzə zolağından ən azı 2.200 raket atılıb, nəticədə ən azı 700 israilli həlak olub.[66] Baş verən hadisələrdən sonra İsrail hökuməti fövqəladə vəziyyət elan etməyə məcbur qalıb. İsrailin baş naziri Benyamin Netanyahu hücumların başlamasından sonra xalqa ünvanladığı müraciətində İsrailin müharibə içində olduğunu bildirib.[55][67][68]
İsrailə sızan fələstinli yaraqlılar Qəzzə zolağının yaxınlığındakı bir neçə Kibbutz kollektiv icmasına, eləcə də Sderot şəhərinə daxil olublar.[69] Qəzzə zolağında Həmasın təsir dairəsindəki Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə silahlı toqquşmalarda və hava hücumları zamanı ilkin olaraq 400 fələstinli, o cümlədən mülkü şəxslər 78 uşaq və 41 qadın həlak olub.[70] İsrail Silahlı Qüvvələridə 400-dən çox terrorçunun zərərsizləşdirildiyini təsdiqləyib.[71]
Həm Fələstin, həm də İsrailə məxsus media qurumları, fələstinlilər tərəfindən çoxlu sayda İsrail Silahlı Qüvvələrinə mənsub əsgər və zabitləri, mülkü şəxsləri o cümlədən məktəbli uşaqları girov götürdüklərini təsdiq ediblər.[72] Girovların böyük əksəriyyəti qısa zamanda Qəzzə zolağının dərinliklərində yerləşən Həmasın məntəqələrinə aparılıb. Həmas tərəfindən başladılmış Əl-Əqsa Fırtınası əməliyyatının ilk saatlarından etibarən İsrail vətəndaşlarına qarşı çoxsaylı zorakılıq halları qeydə alınmışdır. Hücum günü Reim şəhəri yaxınlığında təşkil edilən musiqi festivalındakı qətliam da bunlara misal göstərilə bilər.[73][74]
Reim musiqi festivalı qətliamında ən azı 260 nəfər həlak olub.[75][76][77][78][79] Həmasa əsir götürülmüş İsrail vətəndaşlarına qarşı şəriətin əsirlərə tələb etdiyi davranış qaydaları çərcivəsində davranılması ilə bağlı bəzi çağırışlar edilib.[80] İsrail Silahlı Qüvvələri vətəndaşlarının əsir götürülməsi və Qəzzə zolağına aparılmasına qarşılıq olaraq, Qəzzədə yerləşən xəstəxana binasını vurub[81] və nəticədə Fələstin tərəfdən həlak olanların sayı 200 nəfəri keçib.[82][83]
Həmas rəsmisi İranın Fələstin Dövlətini dəstəklədiyini və baş vermiş döyüşlərin İordan çayının qərb sahilində yəhudi məskunlaşanlarına qarşı başadılan etirazlara edilən qanlı hücumlara cavab məqsədi daşıdığını iddia edib.[84]
Qərb dövlətləri Həması zorakılıqda günahlandırıb və təşkilat tərəfindən istifadə edilən taktikaları terrorizm elementləri kimi təsvir edib.[85] Bəzi müsəlman ölkələri isə Fələstin Dövlətinin ərazilərinin İsrail tərəfindən işğal edilməsi səbəbindən fələstinlilərin öz müqəddəratları uğrunda mübarizə aparmağa haqqlarının olduqlarını bəyan ediblər.[86][87][88]