Reim musiqi festivalı qətliamı
From Wikipedia, the free encyclopedia
Reim musiqi festivalı qətliamı (ivr. הטבח במסיבת הטבע ליד רעים) - İsrailin Cənub dairəsinə daxil olan Reim adlı kibbutz kollektiv icmasında 2023-cü ilin 7 oktyabr tarixində yerli vaxtla səhər saatlarında Həmas tərəfindən gerçəkləşdirilmiş terror aktı. Festival iştirakçılarının gülləbaran edilməsi fonunda baş vermiş qətliam nəticəsində ən azı 260 nəfər həlak olmuşdur.[3] Festival meydançasından qaçmağa çalışan onlarla şəxs Həmas yaraqlıları tərəfindən təqib edilmiş, bəziləri yolda öldürülmüşdür.[4]
Cəld faktlar Hücum yeri, Hücum hədəfi ...
Reim musiqi festivalı qətliamı | |
---|---|
Qəzzə–İsrail münaqişəsi (oktyabr, 2023) | |
Hücum yeri |
Re'im, Cənub dairəsi, İsrail |
Hücum hədəfi | Musiqi festivalının iştirakçıları |
Vaxt |
7 oktyabr, 2023 |
Hücum üsulu | Gülləbaran |
Həlak olanlar | 260[1][2] |
Təşkilatçılar | Həmas |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Qətliam 7 oktyabrda başlamış Qəzzə–İsrail münaqişəsindən az sonra baş vermişdir. Ərazini tərk edə bilməyən onlarla festival iştirakçıları əsir götürülərək Həmas yaraqlıları tərəfindən Qəzzə zolağına qaçırılmışdır.