2010 Qış Olimpiya Oyunları medal sıralanması
From Wikipedia, the free encyclopedia
2010 Qış Olimpiya Oyunları və ya rəsmi adı ilə XXI Qış Olimpiya Oyunları qış idman növləri üzrə fevralın 12-dən 28-nə gədər Kanadanın Vankuver şəhərində baş tutdu. Ümumi olaraq 82 dövlətin 2 632 idmançısı 7 müxtəlif idman növü üzrə 15 yarışda mübarizə apardı. Vankuver Olimpiadasında 86 medal dəsti uğrunda mübarizə getdi.[1]
Vankuver Olimpiadasında 26 ölkənin idmançıları ən azı bir medal qazandı, həmin ölkələrdən 19-u ən azı bir qızıl medal qazandı. Kanada ilk dəfə ev sahibi olduğu Olimpiya Oyunlarında qızıl medal qazandı; buna gədər Kanada 1976-cı ildə Monrealda və 1988-ci ildə Kalqaridə qızıl medal qazana bilmədi. Həmçinin Kanada idmançıları tarixində ilk dəfə medal sıralanmasında birinci yeri tutdu[2], bundan savayı Kanada Qış Olimpiya Oyunlarında ən çox qızıl medal qazanan ölkə oldu, (14). Buna gədər SSRİ 1976-cı ildə və Norveç 2002-ci ildə 13 qızıl medal qazandı.[3] Amerika Birləşmiş Ştatları isə Qış Olimpiya Oyunlarında ən çox medal qazanan ölkə olaraq yeni rekorda imza atdı, (37). Keçmiş rekord 2002-ci ildə Almaniya tərəfindən qeydə alındı, (36).[2] Belarus və Slovakiyanın idmançıları tarixində ilk dəfə olaraq Qış Olimpiya Oyunlarında qızıl medal qazandı.[4]
Norveç xizəkçisi Marit Börgen Vankuver Olimpiadasında ən çox medal qazanan idmançı oldu, beş medal (üç qızıl, bir gümüş və bir bürünc) və həmçinin Çinli şort-trekçi Van Men üç qızıl medal qazanaraq, ən çox qızıl medal qazanan idmançıdan biri oldu.