Sloveniya
From Wikipedia, the free encyclopedia
Sloveniya (sloven. Slovenija) və ya rəsmi adı ilə Sloveniya Respublikası (sloven. Republika Slovenija) – Şərqi Avropada dövlət. Sloveniya Balkan yarımadasının Alp dağlarına yaxın hissəsində yerləşir. Qərbdə İtaliya, şimalda Avstriya, şimal-şərqdə Macarıstan, cənub və şərqdə isə Xorvatiya ilə həmsərhəddir. Sloveniyanın həmçinin cənub-qərbdə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Lyublyana şəhəri, ümumi sahəsi 20,273 kvadrat kilometr, dövlət dili sloven dilidir.
Sloveniya | |||||
---|---|---|---|---|---|
Republika Slovenija | |||||
| |||||
I feel SLOVEnia | |||||
Himn: "Zdravljica" (azərb. Tost) |
|||||
Tarixi | |||||
• Aİ-yə qəbul | 2004 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Lyüblyana | ||||
İdarəetmə forması | Respublika | ||||
Prezident | Nataşa Pirts Musar [ 23.XII.2022 ] | ||||
Baş nazir | Robert Golob [ 1.VI.2022 ] | ||||
Sahəsi | |||||
• Ümumi | 20273 km² | ||||
Əhalisi | |||||
• Əhali | 2 040 min nəfər (148-ci) | ||||
• Siyahıyaalma (31.III.2002) | 1 964 036 nəf. | ||||
• Sıxlıq | 100 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 60,5 milyard dollar (103-cü) | ||||
• Adambaşına | 29 400 dollar (56-cı) | ||||
İİİ (2013) | 0.892 | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .si | ||||
ISO kodu | SI | ||||
BOK kodu | SLO | ||||
Telefon kodu | +386 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Sloveniya inzibati cəhətdən 212 bələdiyyəni birləşdirən 12 regiondan ibarətdir. Ölkə 25 iyun 1991-ci ildə keçmiş Yuqoslaviyadan müstəqilliyini əldə etmişdir. Sloveniya 29 mart 2004-cü ildə NATO-ya, 1 may 2004-cü ildə isə Avropa İttifaqına üzv olmuşdur. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.