2024 Yay Olimpiya Oyunları
From Wikipedia, the free encyclopedia
2024 Yay Olimpiya Oyunları — iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək idman tədbiridir.
Cəld faktlar Şəhər, İdmançıların sayı ...
2024 Yay Olimpiya Oyunları | |
---|---|
fr. Jeux olympiques d'été de 2024 | |
Şəhər | Paris |
İdmançıların sayı | 10.500[1] |
Açılış mərasimi | 26 iyul 2024 |
Bağlanış mərasimi | 11 avqust 2024 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
2017-ci il iyulun 11-də BOK-un İsveçrənin Lozanna şəhərində keçirilən fövqəladə sessiyası 2024 və 2028-ci il Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin eyni vaxtda seçilməsi təklifi təsdiq edildi.[2] 31 iyul 2017-ci ildə Beynəlxalq Olimpiya Komitəsi 2028 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Los-Anceleslə razılaşma əldə olundu. Bununla Parisin 2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi də dəqiqləşdi.[3] 13 sentyabr 2017-ci il tarixində Perunun paytaxtı Limada keçirilən BOK-un 131-ci sessiyasında hər iki Olimpiya oyununun ev sahibləri rəsmi şəkildə açıqlandı.[4]