ABŞ pasportu
From Wikipedia, the free encyclopedia
Amerika Birləşmiş Ştatları pasportu — ABŞ vətəndaşlarına verilən səyahət pasportudur.[1] Bunlar yalnız ABŞ Dövlət Departamenti tərəfindən verilir.[2] Pasportlardan əlavə (kitabça şəklində) məhdud istifadə pasport kartları eyni tələblərə tabe olaraq eyni dövlət orqanı tərəfindən verilir. ABŞ pasportu olmadan ABŞ-yə daxil olmaq vəya ölkəni tərk etmək qanunsuzdur. Buna baxmayaraq bəzi istisnalar mövcüddür. Bunlara ABŞ-yə qayıdarkən müəyyən səbəblərə görə pasportu olmayanlara misal göstərmək olar.
ABŞ pasport kitabçaları Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyə olunan standartlarına (yəni ölçüsü, tərkibi, sıralanması, texnologiyası) uyğundur.[3] Beş növ pasport kitabçası var; Dövlət Departamenti 2007-ci ilin avqust ayından bəri standart olaraq yalnız biometrik pasportlar verməyə başlamışdır.[4] Amerika Birləşmiş Ştatları pasportları Birləşmiş Ştatların mülküdür və tələb olunduqda ABŞ hökumətinə qaytarılmalıdır.[5]
Qanuna əsasən, vaxtı keçmiş ABŞ pasportu (və ya pasport kartı) ABŞ vətəndaşlığını sübut edir. Bu həmçinin ABŞ vətəndaşına qanuni şəkildə verildiyi halda daxil olmaqla vətəndaşlığın sübuta yetirəcək bütün təsirə malikdir.[6] ABŞ qanunları ABŞ vətəndaşlarına digər ölkələrin pasportlarına sahib olmağı qadağan etmir, lakin ABŞ-yə giriş və çıxış zamanı yalnız ABŞ pasportlarından istifadə edilməlidir.[7]