Adəm
From Wikipedia, the free encyclopedia
Adəm (ivr. אָדָם insan, yun. Ἀδάμ, ərəb. آدم) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir.[6] Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək[lower-alpha 1] xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu.
Adəm | |
---|---|
ivr. אָדָם[1] ərəb. آدم | |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir[4] |
Həyat yoldaşları | |
Uşaqları | |
Fəaliyyəti | fermer, islam peyğəmbəri |
Vikianbarda əlaqəli mediafayllar |
Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər.
Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir. O, mütləq salehlik və şəxsi ölümsüzlük sahibi idi, amma o, yoldan çıxdığı üçün, bunların hamısını əldən verdi. Onun bu qüsuru öz gələcək nəslinə, yəni insanlara təsir etdi. İlkin günah yalnız "ikinci Adəm" olan İsa tərəfindən yuyula bilindi. Adəmin Bibliyada olan hekayəsi Xristian dininin arvadın kişiyə tabeliyi [lower-alpha 2] və İlk günah haqqında ehkam kimi müddəaların əsasını qoydu.
İslamda və Bəhailikdə də peyğəmbər kimi anılır.
Adəmin Bibliyada olan hekayəsi dünya mədəniyyətinə və incəsənətinə Ədən bağı, Xeyirlə şəri bilmə ağacı, Həyat ağacı və başqa böyük sayda simvollar gətirib.