Almeriya
From Wikipedia, the free encyclopedia
Almeriya (isp. Almería) — İspaniyanın Andalusiya bölgəsində yerləşən şəhər. İspaniyanın cənub-şərqində, Aralıq dənizi sahilində yerləşir.[1] Almeriya vilayətinin mərkəzidir. X və XI əsrlərdə Kordoba xilafətinin tərkibinə daxil olan şəhər ticarət, tekstil sənayesi, xüsusilə də ipək istehsalı sayəsində zənginləşmişdir. Şəhər bir çox dəfə hücuma məruz qalmış və 1489-cu ildə xristianların hakimiyyəti altına düşmüşdür. 1522-ci ildə şəhər baş verən zəlzələ nəticəsində dağılmış, lakin XIX əsrə qədər heç vaxt əvvəlki vəziyyətinə qayıda bilməmişdir. 1939-cu ildə İspan vətəndaş müharibəsi ərzində şəhər almanlar tərəfindən bombardman olunmuşdur. İqtisadiyyatı yenidən qurulduqdan sonra əsas diqqət tərəvəz istehsalına yönəlmişdir.[2]
Cəld faktlar Ölkə, Region ...
Şəhər | |
Almeriya | |
---|---|
Almería | |
36°50′ şm. e. 2°27′ q. u. | |
Ölkə | İspaniya |
Region | [[Andalusiya]] |
Başçı | Ramon Fernandez-Paçeqo |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 955 |
Əvvəlki adı | Urçi |
Sahəsi | 295 km² |
Mərkəzin hündürlüyü | 23 m |
İqlimi | Yarımsəhra |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 194 203 nəfər (2015) |
Sıxlığı | 652.75 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodları | 950, 850 |
Poçt indeksi | 04001-04009 |
Digər | |
aytoalmeria.es | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla