Fallout 4
Bethesda Softworksun hazırladığı rol-pleyinq video oyunu / From Wikipedia, the free encyclopedia
Fallout 4 (azərb. Radioaktiv-yağıntı 4) — "Bethesda Game Studios" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan döyüş rol videooyunu. "Fallout" oyun seriyasındakı 4-cü əsas epizoddur (bütövlükdə 7). Oyun 10 noyabr 2015-ci il tarixində "Microsoft Windows", "PlayStation 4" və "Xbox One" platformaları üçün Yaponiyadan başqa hər yerdə satışa çıxarılmışdır. Bunun səbəbi Yaponiyadakı şiddət əleyhdarı olan senzura qanunları idi. "Fallout 4" Yaponiyada 17 dekabr 2015-ci il tarixində satışa çıxarılmışdır.[5] Oyun Boston şəhəri və ətrafını əhatə edən "The Commonwealth" (azərb. Birlik, translit. Kommonuelt) adlanan bir regionda keçir. Oyunun əsas hekayəsi "Fallout 3"dən 10 il və "Böyük müharibə"dən (ing. "The Great War") 210 il sonra, 2287-ci ildə baş verir.
Fallout 4 | |
---|---|
| |
Hazırlayan | Bethesda Game Studios |
Yayımlayan | Bethesda Softworks |
Lokalizatorlar | Softclub[1] |
Seriya | Fallout |
Anons tarixi | 3 iyun 2015 |
Buraxılış tarixi |
Orijinal versiya Windows, PlayStation 4, Xbox One: 10 noyabr 2015 17 dekabr 2015 Fallout 4 VR HTC Vive: 12 dekabr 2017 |
Sonuncu versiya | |
Sonuncu beta-versiya | |
Janrlar |
Döyüş rol oyunu açıq dünya |
Yaş reytinqləri |
BBFC: 18 ESRB: M — Mature PEGI: 18 RARS: 18+ USK: 18 |
Rejissorlar | Todd Hovard |
Dizaynerlər | Emil Paqliarulo |
Ssenaristlər | Emil Paqliarulo |
Rəssamlar | İştvan Peli |
Bəstəkarlar | İnon Zur |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows PlayStation 4 Xbox One |
Mühərriklər | Creation Engine (yenilənmiş)[3] |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[4], fransız dili[4], italyan dili[4], alman dili[4], ispan dili[4], polyak dili[4], braziliya portuqal dili[4], rus dili[4], ənənəvi Çin dili[d][4], yapon dili[4] |
Daşıyıcılar | DVD (PC üçün), Blu-Ray (PS4 və Xbox One üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live) |
Sistem tələbləri | |
İdarəetmə |
Klaviatura və siçan geympad |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunçu 111 nömrəli sığınacaqda (ing. Vault 111) uzun müddətli bir kriogenik dondurulmadan çıxan "The Sole Survivor" (azərb. Yeganə sağ qalan) adlı bir personajı idarə edir. Həyat yoldaşının ölümü və oğlunun oğurlanmasına şahid olduqdan sonra, "Yeganə sağ qalan" itkin düşən övladının axtarışına çıxır. 111 nömrəli sığınacaqdan çıxandan sonra oyunçu oyunun məhv olmuş dünyasını kəşf etməyə, müxtəlif tapşırıqları yerinə yetirməyə, fraksiyalara kömək etməyə və öz personajlarını inkişaf etmək üçün təcrübə xalları yığmağa başlayır. Seriyaya yeni olan xüsusiyyətlər arasında yaşayış məntəqələrini inkişaf və idarə etmək və geniş kraftinq sistemi var. Kraftinq sistemi sayəsində oyun dünyasında axtarıb tapılan maddələrlə dərmanlar və bombalar yaratmaq, silah və zirehləri inkişaf etmək və yaşayış məntəqələrini tikmək, təchiz və inkişaf etmək olar. "Fallout 4" seriyada baş qəhrəmana bütöv bir şəkildə səs verən ilk oyundur.
Oyun tənqidçilər tərəfindən müsbət rəy almışdır. Müsbət tənqidçilər oyunun dünyasının dərinliyini, oyunçu müstəqilliyini, ümumi məzmununu, kraftinq sistemini və saundtrekini tərifləmiş, mənfi rəy verən tənqidçilərsə oyunun vizuallarını və texniki problemlərini tənqid etmişdir. Oyun iqtisadi və tənqidi böyük bir müvəffəqiyyət idi. Oyun satışa çıxarılmasından 24 saat sonra 750 milyon ABŞ dolları yaratmış və çox sayda mükafat almışdır. "Bethesda" oyun üçün 6 endirilə bilən məzmun satışa çıxarmışdır.