Goranboy əməliyyatı və ya Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlanğıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir. [mənbə göstərin]
| Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Cəld faktlar Tarix, Yeri ...
Goranboy əməliyyatı |
---|
Qarabağ münaqişəsi |
Tarix |
12 iyun 1992 – mart 1993 |
Yeri |
Goranboy rayonu və Tərtər rayonu bölgəsi |
Nəticəsi |
Azərbaycan Ordusu Dağlıq Qarabağ seperatçılarının müqavimətini sarsıtmış, Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 % torpağını geri qaytarmışdır. Lakin ümumi strateji hədəfə çatmağa nail olmamışdır. |
|
|
8.000 qoşun; əlavə 4 batalyon; 110 tank azı 70 BTR və BMP Azərbaycan OMON u (XTPD)
|
Xüsusi təyinatlı dəstələr: "Arabo"; "Aramo"; "Artziv 9"; "Zeytun"; "Nikol Duman"; "Zoravar Andranik"; "Meğradzor"
|
|
Dəqiq məlumat yoxdur. [Mənbə göstərin]
|
20 vətəndaş əsir götürülür. (sonradan hamısı azad olunmuşdur). Goranboy bölgəsinin etnik erməni əhalisi ərazini məcburi qaçaraq tərk etmişdir.
|
|
|
Bağla
Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır.