Güləş (Azərbaycan)
Azərbaycanın milli idman növü / From Wikipedia, the free encyclopedia
Güləş və ya Azərbaycan milli güləşi[q 1] — Azərbaycanın milli idman növü.[1] Bakı və onun ətraf ərazilərində — Maştağa, Nardaran, Buzovna, Zabrat kimi qəsəbələrdə, həm də Azərbaycanın bir çox rayon və şəhərlərində Gəncə, Şəki, Qazax, Salyan, Tovuz, Zaqatala və s. məşhurdur.[2]
Cəld faktlar Tam adı, Yaranma tarixi ...
Güləş | |
---|---|
Azərbaycan milli güləşi | |
| |
Tam adı | Azərbaycan milli güləşi |
Yaranma tarixi | İlkin orta əsrlər |
Ölkə | Azərbaycan |
Yaranma yeri | Qafqaz |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Azərbaycan milli güləşi zamanı pəhləvanların görüşdükləri meydan isə zorxana adlanır.[3] 2022-ci ildə güləş "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" irsinin tərkib hissəsi olaraq Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.[4]