HD 189733 b
ekzoplanet / From Wikipedia, the free encyclopedia
HD 189733 b və ya HD 189733 Ab — Günəş sisteminin xaricində olan bir planet.
Böyük yarımoxu | 0,03126 ± 0,00036 astronomik vahid[1] |
---|---|
Əyilməsi | 85,78 ± 0,03 °[2][3] |
Bucaq yerdəyişməsi | 0 radian[4] |
Perisentr arqumenti | 20 ± 37 °[1] |
Özünə xas ekssentrisitet | 0,028[5] |
Kütləsi | 1,166 ± 0,052 Jupiter mass[6] |
Şimal qütbünün meyllənməsi | +22° 42′ 39,071811263″[7][8] |
Albedo | 0,4 ± 0,12[4] |
Günəş sistemin 63 işıq ili uzaqlığında yerləşir[9].
NASA-nın "Habl" teleskopunu istifadə edən alimlər onun görünüşüylə Yer planetini xatırlatdığını, ancaq daha tünd mavi rəngdə olduğunu bildiriblər[9], lakin planetin mavi rəngdə olmağı orada okeanın olduğuna işarə deyil[9]. Mavi rəngin səbəbi atmosferindəki daşqınlarla bağlıdır[9]. Normal yaşama uyğun olmayan planetdə qeyri-adi atmosfer olduğu düşünülməkdədir[9]. Planet qeyri-adi atmosferindəki ərimiş şüşə yağmurlarına görə gömgöy bir görüntüyə malikdir[9]. Saatda 7 min 242 kilometr sürətlə əsən küləklər və təxminən 1094 dərəcə isti hava olduğu iddia edilir[9]. Bu şiddətli fırtınalar və dəhşətli istilər səbəbindən onun atmosferindəki silikatlar şüşəyə çevrilərək yağış kimi yağır[9].