Henley Pasport İndeksi
From Wikipedia, the free encyclopedia
Henley Pasport İndeksi (ing. Henley Passport Index)[1] — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət.[2][3] 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir.[4][5]