IV Məhəmməd nutsal
From Wikipedia, the free encyclopedia
IV Məhəmməd nutsal həmçinin Nursal-bəy[1][2][3][4][5], Mersel-xan[5], ləqəbi Cəsarətli (1730 və ya 1731, Xunzax — 1774, Şamaxı) — 1735-1774-cü illərdə Avar xanlığının hökmdarı, Nutsal sülaləsindən olan V Ümmə xanın atası.
IV Məhəmməd nutsal | |
---|---|
avar. Мухӏаммад-нуцал | |
1750 – 1774 | |
Əvvəlki | I Mahmud-xan |
Sonrakı | IV Ümmə xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1730-31 |
Doğum yeri | Xunzax, Dağıstan |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | IV Ümmə xan |
Uşaqları | |
Dini | Sünni İslam |
Avar Nutsalların nümayəndəsi olaraq Məhəmməd 5 yaşında taxta çıxır. Qardaşı Məhəmməd Mirzə ilə birlikdə hökmranlıq eedir, ancaq xanlıqda əsl hakimiyyət Məhəmməd nutsalın əlində idi. Başqa bir versiyaya görə 1744-cü ilə qədər hökmranlıq edən II Nutsal-xan olur və ondan sonra I Mahmud-xan olur[6]. Məhəmməd-nutsalın əsas uğurlarından biri də Avar xanlığının ətrafında Avar torpaqlarının birləşməsi olur. Məhəmməd nutsal Nadir şah qoşunlarının məğlub edilməsində mühüm rol oynayır, o da tez-tez basqınları ilə Gürcüstanı narahat edirdi. 1772-ci ildə Məhəmməd-nutsal Azərbaycan xanları arasındakı qarşıdurmaya müdaxilə edir və nəticədə döyüşlərin birindən sonra danışıqlar zamanı öldürülür.