Jorj Lemetr
Belçika Katolik kilsəsində keşiş, riyaziyyatçı, astronom və Löven Katolik Universitetində fizika üzrə professor olmuş yezuit / From Wikipedia, the free encyclopedia
Jorj Anri Jozef Eduar Lemetr (fr. Georges Henri Joseph Édouard Lemaître; 17 iyul 1894[2][3][…], Şarlerua, Eno[4] – 20 iyun 1966[5][2][…], Leuven, Brabant əyaləti[d]) — Belçikadakı Katolik kilsəsində keşiş, riyaziyyatçı, astronom və Löven Katolik Universitetində fizika üzrə professor olmuş yezuit.[9] O, tarixdə ilk dəfə yaxın qalaktikaların resessiyasının genişləyən kainat nəzəriyyəsi ilə açıqlamağın mümkün olduğunu təsbit etmişdir.[10] Daha sonra bu fikir Edvin Habbl tərəfindən aparılan müşahidələr nəticəsində doğrulanmışdır.[11][12] Lemetr ilk dəfə hal hazırda Habbl qanunu və ya Habbl-Lemetr qanunu olaraq bilinən qanunu ortaya qoymuş[13][14] və Habblın məqaləsindən iki il əvvəl, 1927-ci ildə çap etdiyi məqaləsində Habbl sabitinin hesablamasını aparmışdır.[15][16][17][18] O, həmçinin, ilk başda "ibtidai atom nəzəriyyəsi" olaraq adlandırdığı, bu gün isə "Böyük partlayış nəzəriyyəsi" fikrini irəli sürmüşdür.[19]
Jorj Lemetr | |
---|---|
fr. Georges Lemaître[1] | |
Doğum adı | Georges Henri Joseph Édouard Lemaître[1] |
Doğum tarixi | 17 iyul 1894(1894-07-17)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyun 1966(1966-06-20)[5][2][…] (71 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | astrofizika |
İş yerləri |
|
Təhsili | |
Elmi rəhbəri | Şarl Jan La Valle Pussen[7] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |