Kitabxanaşünaslıq
From Wikipedia, the free encyclopedia
«Kitabxanaşünaslıq» anlayışını elmi müstəviyə ilk dəfə olaraq Münhen kitabxanasının kitabxanaçısı Martin Villibald Şrettinger (1772-1851) gətirmişdir.[1] Məhz bu səbəbdən onu «kitabxanaşünaslığın atası» adlandırırlar. O, «kitabxanaşünaslıq» anlayışını özünün ikicildlik «Kitabxanaşünaslıq üzrə bitkin dərslik və yaxud kitabxanaçının mükəmməl iş aparmasına dair rəhbərlik» adlı əsərində işlətmiş, «kitabxanaşünaslığ»ı ayrıca bir elm sahəsi kimi qiymətləndirmişdir.[1][2]