Lana Del Rey
From Wikipedia, the free encyclopedia
Lana Del Rey (əsl adı: Elizabet Vulric Qrant; 21 iyun 1985[2][3], Nyu-York, Nyu-York ştatı[4]) — amerikalı müğənni-mahnı yazarı. O melanxolik, qlamur və kino üslublu mahnıları ilə tanınır. Del Rey altı "Qremmi" və "Qızıl Qlobus" mükafatına nominasiyalardan əlavə iki "Brit" mükafatı, iki "MTV Avropa" musiqi mükafatı və "Peyk" mükafatı da daxil olmaqla müxtəlif mükafatlara layiq görülüb.[6] Variety onu "21-ci əsrin ən nüfuzlu müğənni-mahnı yazarlarından biri" olduğuna görə təltif etmişdir.[7][8]
Lana Del Rey | |
---|---|
ing. Elizabeth Woolridge Grant | |
Ümumi məlumatlar | |
Doğum adı | Elizabeth Woolridge Grant[1] |
Ləqəbi | Lana Del Rey |
Doğum tarixi | 21 iyun 1985(1985-06-21)[2][3] (38 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, aktrisa, kino aktrisası, səsyazma sənətçisi[d], müğənni, musiqi prodüseri, şairə |
Fəaliyyət illəri | 2005-ci ildən |
Janrlar | indi-pop, barokko-pop[d], trip hop[d], sedkor[d], drim-pop[d], indi-rok[5], sloukor[d], psixodelik rok, psixodelik pop[d], rok, R&B |
Musiqi alətləri | gitara |
Səs tembri | messo-soprano |
Albom şirkətləri | Interscope Records, Polydor Records |
Təhsili | |
lanadelrey.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Nyu-York ştatının ətrafında böyüyən Del Rey, musiqi karyerasına davam etmək üçün 2005-ci ildə Nyu-York şəhərinə köçdü. 2011-ci ildə "Video Games" sinqlının viral uğurundan sonra o, Polydor və Interscope[9] şirkəti ilə müqavilə bağladı. O "Summertime Sadness" hitinin daxil olduğu 2012-ci ildə buraxdığı ikinci albomu "Born to Die" ilə daha da kritik və kommersiya uğuru qazandı. Del Reyin 2014-cü ildə yayımladığı gitara əsaslı üçüncü albomu "Ultraviolence" ABŞ-də Billboard 200-də yer aldı. O, dördüncü və beşinci, "Honeymoon" və "Lust for Life" albomlarında əvvəlki buraxılışlarının stilinə geri qayıtdı. Tənqidçilər tərəfindən bəyənilən altıncı albomu "Norman Fucking Rockwell!" soft rok janrı ilə diqqət çəkdi.[10] Onun növbəti studiya albomları "Chemtrails over the Country Club" və "Blue Banisters" 2021-ci ildə işıq üzü gördü. Del Reyin doqquzuncu albomu "Did You Know That There's a Tunnel Under Ocean Blvd" 2023-cü ildə buraxıldı.
Del Rey həmçinin müxtəlif filmlər üçün mahnılar yazıb ifa etmişdir. O, 2013-cü ildə qısa musiqili film "Tropiko"nu yazıb baş rolda oynamış,[11] "Böyük Qetsbi" romantik-drama filmi üçün isə "Young and Beautiful" mahnısını buraxmışdır. Bu mahnıya görə o, "Qremmi" mükafatına namizəd göstərildi. 2014-cü ildə "Malefisenta" filmi üçün "Once Upon a Dream" mahnısını ifa etdi, həmçinin "Böyük gözlər" bioqrafik film üçün də mahnı yazdı. Del Rey bununla yanaşı, 2019-cu ildə işıq üzü görmüş "Çarlinin mələkləri" filmi üçün "Don't Call Me Angel" mahnısını ifa etmişdir. O, 2020-ci ildə "Violet Bent Backwards Over the Grass" adlı şeir və fotoqrafiya kolleksiyasını nəşr etdirib.