Lüksemburq
Qərbi Avropada ölkə / From Wikipedia, the free encyclopedia
Lüksemburq (lüksemb. Lëtzebuerg; fr. Luxembourg; alm. Luxemburg) və ya rəsmi adı ilə Böyük Lüksemburq Hersoqluğu (lüksemb. Groussherzogtum Lëtzebuerg; fr. Grand-Duché de Luxembourg; alm. Großherzogtum Luxemburg) — Qərbi Avropada dövlət. Lüksemburq ərazisi kiçik və dənizə çıxışı olmayan ölkədir. Şimal və qərbdə Belçika, cənubda Fransa, şərqdə isə Almaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Lüksemburq şəhəri, ümumi sahəsi 2,586.4 kvadrat kilometrdir. Lüksemburq şəhəri Brüssel və Strasburqla yanaşı Avropa İttifaqının üç paytaxtından biridir. Belə ki, Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsi bu şəhərdə yerləşir. Hersoqluğun milləti, mədəniyyəti və dilləri qonşu ölkələrlə sıx əlaqədədir və buna görə də Lüksemburq mədəniyyətini fransız və alman mədəniyyətlərinin qarışığı adlandırmaq olar. Ölkənin üç rəsmi dili var — lüksemburq, fransız və alman dilləri. Bu dövlət həmçinin "Polad Hersoqluğu" kimi də tanınır.
Bu məqalə Lüksemburq dövləti haqqındadır. Digər mənalar üçün Lüksemburq (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Lüksemburq | |||||
---|---|---|---|---|---|
lüksemb. Groussherzogtum Lëtzebuerg fr. Grand-Duché de Luxembourg alm. Großherzogtum Luxemburg | |||||
| |||||
Mir wëlle bleiwe wat mir sinn Biz kimiksə elə də qalmaq istəyirik |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Lüksemburq | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
• Əhali |
|
||||
Valyuta | avro | ||||
İnternet domeni | .lu | ||||
ISO kodu | LU | ||||
BOK kodu | LUX | ||||
Telefon kodu | +352 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |