Mariya Küri
From Wikipedia, the free encyclopedia
Mariya Salomea Küri (fr. Marie Curie; pol. Maria Salomea Skłodowska-Curie[9]; 7 noyabr 1867[2][3][…], Varşava, Polşa çarlığı, Rusiya imperiyası[2][3][…] – 4 iyul 1934[2][3][…], Sanselmoz[d][2][4]) — polyak əsilli fransız kimyaçısı və fiziki. İki dəfə Nobel mükafatı laureatı (fizika (1903) və kimya (1911) sahəsində).
Mariya Küri | |
---|---|
fr. Marie Curie pol. Maria Skłodowska-Curie | |
Doğum adı | Marya Salomea Skłodowska[1] |
Doğum tarixi | 7 noyabr 1867(1867-11-07)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyul 1934(1934-07-04)[2][3][…] (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Həyat yoldaşı | |
Uşaqları | |
Elm sahələri | Radioaktivlik[7], kimya[7], fizika[7] |
Elmi dərəcələri |
|
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Qabriel Lipman |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Skladovska 1867-ci ildə Polşada dünyaya gəlmişdir, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülmüşdür. 1903-cü ildə Henri Bekkerel və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel Mükafatı qazanmış və daha sonra 1911-ci ildə kimya üzrə Nobel mükafatının tək laureatı olmuşdur. Radium elementini kəşf etmişdir. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Həmçinin Nobel mükafatına ilk dəfə iki dəfə layiq görülmüş yeganə qadındır. Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir. Həyat yoldaşı Pyer Küri ilə birlikdə polonium və radium elementini kəşf etmişdir.