Marvel vs. Capcom: Clash of Super Heroes
From Wikipedia, the free encyclopedia
Marvel vs. Capcom: Clash of Super Heroes[lower-alpha 1] — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq videooyunu. "Marvel vs. Capcom" videooyun seriyasındakı 3-cü əsas epizoddur və 1997-ci ildə satışa çıxarılan "Marvel Super Heroes vs. Street Fighter" videooyununun davamıdır. Videooyun ilk dəfə 1998-ci ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1999-cu ildə Dreamcast, 2000-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır. Oyun "Marvel vs. Capcom Origins" kompilyasiyasının bir parçası olaraq 2012-ci ildə PlayStation 3 və Xbox 360 platformaları üçün yenidən buraxılmışdır.
Marvel vs. Capcom: Clash of Super Heroes | |
---|---|
| |
Hazırlayan | Capcom |
Yayımlayan |
Capcom PlayStation və Dreamcast
|
Seriya | Marvel vs. Capcom |
Buraxılış tarixi | |
Janr | faytinq, krossover |
Prodüserlər | Kenci Kataoka |
Dizaynerlər |
|
Rəssamlar | CRMK |
Bəstəkarlar |
|
Texniki məlumat | |
Platformalar | |
Oyun rejimləri | birnəfərli, çoxnəfərli |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcı | CD-ROM |
İdarəetmə | geympad |
Korpusun növü | şaquli[1] |
Displey | Rastr (horizontal)[1] |
Arkada platforması | CP System II[1] |
Səs | QSound |
"Marvel vs. Capcom: Clash of Super Heroes" videooyununun geympleyi və estetikası "Marvel Super Heroes vs. Street Fighter" videooyununa çox oxşayır. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər. Videooyun əvvəlki buraxılışdakı "Street Fighter" heyətinin çoxunu digər "Capcom" franşizalarından olan personajlarla əvəz edir. Əlavə olaraq, videooyunun geympleyinə iki mühüm dəyişiklik edilmişdir: ənənəvi personaj köməyi sistemi və "Dəyişkən çarpaz" hücum fəndinin təqdim edilməsi.
Əvvəlki buraxılışda olduğu kimi "Marvel Super Heroes vs. Street Fighter" videooyunu da geympleyi, kəskin animasiyaları, personaj reyestrinə görə ümumiyyətcə müsbət rəylər almışdır. Oyunun Dreamcast versiyası arkada kimi möhtəşəm bir konversiyasına görə təriflənmişdir. PlayStation konsolunun yaddaş məhdudiyyətlərinə görə, əsas oyunun sürətini və qrafik bütövlüyünu qoruyub-saxlamaq üçün teq-tim döyüşləri portdan yığışdırılmışdır. Bu da portun qarışıq rəylər almasına səbəb olmuşdur. Oyunun sikveli olan "Marvel vs. Capcom 2: New Age of Heroes" 2000-ci ildə buraxılmışdır.