Monarxiya
dövlət başçısı postunun bir ailə üzvləri tərəfindən irsən alındığı hökumət sistemi / From Wikipedia, the free encyclopedia
Monarxiya (lat. monarchia q.yun. μοναρχία — təkhakimiyyətlilik) — Ali hakimiyyətin vətəndaşların iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (imperator, kral, sultan, padşah, şah, xan və s.) əlində cəmləşdiyi idarəetmə forması.
Cəld faktlar Dövlət idarəetmə formaları ...
Dövlət idarəetmə formaları |
---|
|
Bağla
Adətən, monarxın hakimiyyəti ömürlükdür və nəsildən-nəsilə ötürülür. Lakin Malaziya və Birləşmiş Ərəb Əmirliklərində monarx 5 il müddətində seçilir. 2011-ci ildə dünya siyasi xəritəsində 44 monarxiya var idi: 14-ü Asiyada, 12-si Avropada, 3-ü Afrikada, 1-i Okeaniyada. Onların arasında bir imperiya, krallıqlar, knyazlıqlar, hersoqluqlar, sultanlıqlar, əmirliklər, papa şəhər-dövləti olan Vatikan var.
İqtidar sayı | Legitim | İllegitim |
Tək başına | Monarxiya | Tiraniya |
Qrupun iqtidarı | Aristokratiya | Oliqarxiya |
Çoxluğun iqtidarı | Politiya | Demokratiya |