Paolo Toskanelli
From Wikipedia, the free encyclopedia
Paolo Toskanelli[2] (tam adı it. Paolo dal Pozzo Toscanelli; d. 1397, Florensiya – ö. 10 may 1482) — İtalyan alimi; məşhur riyaziyyatçı, astronom və coğrafiyaçı[3]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Paolo Toskanelli | |
---|---|
it. Paolo dal Pozzo Toscanelli | |
| |
Doğum tarixi | |
Doğum yeri | Florensiya |
Vəfat tarixi | |
Vəfat yeri | |
Elm sahələri | astronomiya, tibb, coğrafiya, riyaziyyat |
Elmi dərəcələri |
Riyaziyyat doktoru Tibb doktoru |
Alma-mater | Padua Universiteti |
Təhsili | |
Tanınmış yetirməsi | Leonardo da Vinçi[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Paolo Toskanelli nəinki Apennin yarımadasında yerləşən krallıqlarda, hətta bütün Avropada alimlər arasında nüfuz sahibi sayılırdı[4]. O, Yer planetinin kürə şəklində olmasının tərəfdarı idi[2]. O, Hindistana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüş, humanist Nikkolo Nikkolini tərəfindən əhalinin ümumi istifadəsi üçün yaratdılmış kitabxananın qoruyucusu və rəhbəri olmuşdur[2]. Alim astronomik XIII əsrə aid "Alfonso cədvəli"ndə astrologiya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdir[2].