Pavel Rıçaqov
From Wikipedia, the free encyclopedia
Pavel Vasilieviç Rıçaqov (rus. Павел Васильевич Рычагов) - Sovet ordusunun Aviasiya general-leytenantı, 28 avqust 1940-cı ildən 14 aprel 1941-ci illər aralığında[1] Sovet Hərbi Hava Qüvvələrinin (VVS) komandanı olmuşdur.[2] Rıçaqov Barbarossa əməliyyatının başlamasından qısa müddət öncə tutduğu vəzifədən azad edilmiş və Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində güllələnərək edam edilmişdir.[3][4]
Pavel Rıçaqov | |
---|---|
rus. Павел Васильевич Рычагов | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya imperiyası |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Kuybişev, Samara, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | rus |
Həyat yoldaşı | Mariya Nesterenko |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Ordusu |
Qoşun növü | Sovet Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1928-1941 |
Rütbəsi | General-leytenant |
Döyüşlər |
İspaniyada vətəndaş müharibəsi Qış müharibəsi İkinci Çin–Yaponiya müharibəsi |
Əlaqələri | Yakov Smuşkeviç |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rıçaqovun 1941-ci ildəki repressiya edilənlər siyahısına daxil edilməsinə İosif Stalinlə etdiyi mübahisənin səbəb olduğu ehtimal edilir. Belə ki, 1941-ci il 9 aprel tarixində İosif Stalinin yanında keçirilən müşavirədə hərbi təyyarələrin tez-tez qəzaya uğraması problemi müzakirə olunur. İştirakçılar, eləcə də Stalin əsas günahı təyyarəçilərdə görürlər. Bunu qəbul etməyən Rıçaqov çılğınca siz bizi tabutlarda uçmağa məcbur edirsiniz deyir.
Otağa dərin sükut çökür. Var-gəl edən Stalin bir müddət sonra siz belə deməməli idiniz söyləyir və qapıya tərəf yönəlir. Qapının ağzında bir daha dayanaraq təkrar siz belə deməməli idiniz söyləyir və çıxır. Üç gün sonra Rıçaqovu vəzifəsindən azad edilir.[5] 22 iyunda Soçidə istirahət edən Rıçaqov almanların SSRİ-yə hücumunu eşidərək qatarla Moskvaya qayıdır. Burada, elə Kursk vağzalında arvadı, aviasiya mayoru Mariya Nesterenko ilə birlikdə həbs edilir.
Antisovet təşkilatlardan birinə üzv olmaqda günahlandırılan Pavel Rıçaqov bütün işgəncələrə baxmayaraq, nə özünün, nə də başqalarının əleyhinə ifadə vermir. Almanlar Moskvaya yaxınlaşarkən bir sıra məhbuslar Kuybışev şəhərinə köçürülürlər. Burada isə 30 yaşlı Pavel Rıçaqov arvadı da daxil digər 19 nəfərlə birlikdə Lavrenti Beriyanın əmrilə məhkəməsiz, hökmsüz güllələnirlər.[6]