Qış müharibəsi (fin talvisota, rus. Зимняя война, isv. vinterkriget) və ya SSRİ–Finlandiya müharibəsi (həmçinin Sovet–Finlandiya müharibəsi;[1] rus. Советско-финская война) — 30 noyabr 1939–13 mart 1940-cı illər tarixində SSRİ ilə Finlandiya arasında baş vermiş hərbi münaqişə. Bu müharibə İkinci dünya müharibəsinin başlamasından üç ay sonra, 30 noyabr 1939-cu ildə Sovet qoşunlarının Finlandiya üzərinə hücuma keçməsi ilə başlamış və 13 mart 1940-cı ildə Moskvada imzalanan sülh müqaviləsi ilə başa çatmışdır. Sovet qoşunlarının bu hücumu Millətlər Liqası tərəfindən qeyri-qanuni adlandırılmış və Sovet İttifaqı təşkilatdan kənarlaşdırılmışdır.
Cəld faktlar Qış müharibəsi, Tarix ...
Qış müharibəsi |
---|
İkinci dünya müharibəsi |
talvisota |
Finlandiyalı hərbçilərdən ibarət pulemyot dəstəsi |
Tarix |
30 noyabr 1939 – 13 mart 1940 |
Yeri |
Finlandiyanın şərqi |
Nəticəsi |
Moskva sülh müqaviləsi imzalandı |
Ərazi dəyişikliyi |
Fin körfəzində yerləşən adalar, Karel bərzəxi, Kareliya, Salla, Rıbaçi yarımadası və Hanko Sovet İttifaqına verildi |
|
|
300,000–340,000 nəfər 32 tank 114 təyyarə
|
425,000–760,000 nəfər 2,514–6,541 tank 3,880 təyyarə
|
|
25,904 ölü və ya itkin 43,557 yaralı 800–1,100 əsir 20-30 tank 62 təyyarə 70,000 nəfər ümumi itki
|
126,875–167,976 ölü və ya itkin 188,671–207,538 yaralı 5,572 əsir 1,200–3,543 tank 261–515 təyyarə 321,000–381,000 nəfər ümumi itki
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Sovet hökuməti Finlandiya ilə sərhəddən 32 km məsafədə yerləşən Leninqrad şəhərinin təhlükəsizliyini təmin etmək məqsədilə qarşı tərəfə ərazi mübadiləsi barədə təklif göndərmiş, lakin Finlandiyanın bu təklifi qəbul etməməsi nəticəsində müharibə başlamışdır. Bəzi mənbələrə görə müharibəni başlamaqda Sovet İttifaqının əsas məqsədi bütün Finlandiyanı ələ keçirmək və burada "kukla" Fin kommunist hökuməti yaratmaq idi. −43 °C temperaturda, çox sərt iqlim şəraitində Finlandiya qoşunları iki aydan çox müddətdə Sovet hücumuna müqavimət göstərdi və qarşı tərəfi ciddi itkilər verməyə məcbur etdi. Sovet Ordusunun yenidən təşkilatlanması və fərqli taktikalar icra etməsindən sonra, fevral ayında yeni hücum dalğası ilə finlərin müdafiə xətti keçildi.
Münaqişə tərəflərinin iştirakı ilə 1940-cı ilin martında Moskva şəhərində sülh müqaviləsi imzalandı. Finlandiya müqavilənin şərtlərinə əsasən öz ərazisinin 11 faizini və iqtisadiyyatının 30 faizini Sovet İttifaqına verməyə məcbur oldu. SSRİ isə müharibə nəticəsində ciddi itkilərə məruz qalmış və beynəlxalq nüfuzuna xələl gətirmişdi. Bütün bu itkilərə baxmayaraq, Sovet hökuməti öz istəyinə nail olmuş, Ladoqa gölü boyunca və Finlandiyanın şimalında yeni ərazilər ələ keçirmişdi. Finlandiya isə müharibədən sonra öz suverenliyini qoruyub saxladı və beynəlxalq nüfuzunu artırdı. Həmçinin, müharibə ərzində Qırmızı Ordunun zəif hücum cəhdləri və ciddi itkilər verməsi Adolf Hitlerin SSRİ üzərinə hücuma keçmək barədə fikirlərini daha da artırdı. 1941-ci ilin iyun ayında, 15 aylıq müvəqqəti sülhdən sonra Nasist Almaniyası Barbarossa əməliyyatına başladı, həmçinin SSRİ və Finlandiya arasında Davam müharibəsi başlandı.