"Subtropik" əməliyyatı, həmçinin xalq arasında "oblava" (azərb. basqın) — 1992-ci ilin iyul ayında Azərbaycan Daxili İşlər Nazirliyinin Astara, Lənkəran, Masallı ərazilərində keçirdiyi əməliyyat.
Cəld faktlar Tarix, Yeri ...
"Subtropik" əməliyyatı |
---|
20 iyul 1993-cü ildə "Aydınlıq" qəzetində dərc olunmuş "Öldürən kim, ölən kim?" başlıqlı məqalə. |
Tarix |
16 iyul 1992 |
Yeri |
Astara, Lənkəran, Masallı |
Səbəbi |
|
Nəticəsi |
Hökumətin qələbəsi |
|
- Silahlı dəstələr
- Rüşvətxor biznesmenlər
|
|
|
- Sovet Quliyev
- Gülağa Quliyev
|
|
Ən azı 6 "RAF" markalı maşın dolu hərbçi
|
Naməlum
|
|
Naməlum
|
4 nəfər həlak olmuşdur 20-yə qədər şəxs saxlanılmışdır
|
|
|
Bağla
1992-ci ilin martından sonra daxili işlər naziri təyin edilmiş İsgəndər Həmidov vəzifəyə gələn kimi bütün Azərbaycan boyunca əməliyyatlar aparmağa başlamışdır. Onun fəaliyyəti nəticəsində yayın sonuna yaxın Bakıda sakitlik yaranmışdı, lakin DİN-in əməllərində şəxsi həyatın toxunulmazlığı və insan hüquqları pozuntuları da müşahidə olunmuşdu. Həmidov həm cinayətkarlığa qarşı apardığı mübarizə, həm də cəbhədəki uğurlarına görə Azərbaycanda populyarlıq qazanmışdı. Azərbaycan müstəqillik qazandığı dövrdə mərkəzi hökumət Azərbaycan–İran sərhədinə nəzarət etməkdə çətinlik çəkirdi. O dövrdə silahlı dəstələr Həcc ziyarətinə gedib-gələnləri Astaradakı keçid məntəqəsində incidirdilər, soyurdular. Silahlı dəstələr tərəfindən öldürülən biri də sonradan "qanuni oğru" olmuş Rövşən Lənkəranskinin atası Rafiq Canıyev idi.
General Rəhim Quliyev ilə Rövşən Cavadov rəhbərliyi ilə 16 iyul 1992-ci il gecəsi başlanan əməliyyat zamanı Astara rayonunun Şahağac kəndində iki nəfər İrandan narkotik keçirənlər sərhəddə Xüsusi Təyinatlı Polis Dəstəsinin qulluqçuları ilə atışmışdı. Onlar Tahir Həsənovu yaralayandan sonra silahlı müqavimət göstərənləri "məhv etmək" komandası verilmişdi. Əməliyyat əsnasında Canıyevin qatilinin qardaşı, balıqçı Gülağa Quliyevin evində atışma baş vermişdir. Baş verən qarşıdurmada Quliyev, iranlı qonağı, həyat yoldaşı və azyaşlı oğlu həlak olmuşdur. Şahağac kəndində keçirilən əməliyyatda 20-yə qədər yerli sakin saxlanılmışdır.
Əməliyyat İsgəndər Həmidov və ümumiyyətlə, Əbülfəz Elçibəy hökuməti barədə həm də mənfi rəy yaratmışdı. Bəziləri tərəfindən əməliyyatın milli xarakter daşıdığı iddia edilsə də, bu, bir neçə şəxs tərəfindən inkar edilmişdir.