Talışlar
(Aryan) iran xalqi olan TALIŞ adli millet / From Wikipedia, the free encyclopedia
Talışlar (tal. Tolışon) — Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.[11]. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir.
Talış xalqı rəqs edir, XX əsrin əvvəlləri, İran | ||||||||||||||||||||||||
Ümumi sayı | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
504 000[1] | ||||||||||||||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||
Qohum xalqlar | ||||||||||||||||||||||||
Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir.
Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar.
2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir.[3][12] Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur.[13]