Türkiyə bayrağı
Türkiyə Respublikasının dövlət bayrağı / From Wikipedia, the free encyclopedia
Türkiyə bayrağı — Türkiyə Respublikasının dövlət bayrağı. Qırmızı zəmin üzərində ağ aypara və ulduzdan ibarət bayraq ilk dəfə Osmanlı İmperiyası tərəfindən 1844-cü ildə qəbul olunmuşdur. Bayraq 29 may 1936-cı ildə 2994 nömrəli Türkiyə Bayrağı Qanunu ilə rəsmiləşdirilmiş və Türkiyənin dövlət bayrağı olaraq qəbul edilmişdir. 22 sentyabr 1983-cü ildə isə 2893 nömrəli Türkiyə Bayrağı Qanunu ilə bayrağın ölçüləri müəyyənləşdirilmiş və bayraq müasir halını almışdır.
Türkiyə Respublikasının bayrağı | |
---|---|
Təfərrüatlar | |
Ləqəb | Al bayraq, ay ulduz, al sancaq |
Proporsiya | 2:3 |
Dizayn |
Qırmızı fonda ağ aypara və beşguşəli ulduz. Rənglər |
Vikianbarda əlaqəli mediafayllar |
Bəzilərinə görə, Türkiyə bayrağında istifadə olunan hilal formasındaki ay İslam dinini təmsil edir və bəzilərinin cənnətin, Allahına olan inancının köhnə Türk inancı olduğuna inanırlar. Rəvayətə görə bayraqdakı qırmızı qan rəngidir və şəhidlərin tökülmüş qanını təmsil edir. Gecə yarısı isə qan üzərində əks olunan ay və ulduzlar Türkiyə bayrağını əmələ gətirmişdir. Bu əfsanənin 1389-cu ildəki Birinci Kosovo döyüşündə yaşanıldığı deyilmişdir.[1]
25 yanvar 1985-ci ildə Türkiyə bayrağı ilə əlaqəli bir neçə yeni maddələr əlavə olunmuşdur. Bu maddələrə görə Türkiyə bayrağı cırılmış, yamaqlı, çirkli, deşilmiş, qırışmış və ya solğun ola bilməz. Mənəvi dəyərlərə xələl gətirdiyi üçün bu kimi vəziyyətlərdən ehtiyatla çəkinmək lazımdır. Bununla yanaşı, rəsmi mərasimlər istisna olmaqla Türkiyə bayrağı minbər, masa kimi yerlərə örtük kimi qoyula bilməz. Bir paltar şəklində geyilə bilməz, çantalar, torba və digər əşyalar bayraqdan hazırlana bilməz. Türkiyə Bayrağı Qanununun 8-ci maddəsinə görə, sözügedən müddəaları pozan şəxslər qanuni olaraq cəzalandırılır. Türkiyə bayrağı şəhidlərin, prezidentlərin, qazilərin, hakimlərin, müavinlərin, yüksək məhkəmə orqanlarının, hesab məhkəmələrinin, dövlət sənətçilərinin və polis məmurlarının cənazələrinin üzərinə örtülə bilər.[2]
Məktəblərdə bayraq həftənin ilk günü endirilir və həftəsonu tətilindən qabaq yenidən qaldırılır. Bayrağın qaldırılması adətən yuxarı sinif şagirdlərinə tapşırılır. İstiqlal Marşının ilk iki misrası oxunur və bayraq qaldırılır. Bayraq qaldırıldıqdan sonra kəndir möhkəmləndirilir, iki addım geri atılır və himn müşayiət edilir. Bunlar baş verərkən hər kəs "hazır ol" vəziyyətdə dayanır. Himn oxunub bitdikdən sonra növbətçi müəllim "rahat" əmrini verir və mərasimi bitirir. Həftə sonu ərzində bayraq havada qalar, bazar ertəsi isə eyni şəkildə endirilir. Həmçinin, İstiqlal Marşının birinci, ikinci və onuncu misralarında Türk bayrağının adı çəkilir. Türkiyə bayrağı üçün al bayraq, ay ulduz və al sancaq kimi adlardan da istifadə olunur. Türkiyə bayrağına bənzər bayraqlardan istifadə edən ölkələrdə başda Azərbaycan olmaqla Tunis, Pakistan, Mavritaniya və Malayziya kimi müsəlman ölkələri yer alır. Bu ölkələrin bayraqları bir neçə kiçik fərqlə Türkiyə bayrağını xatırladır.[3]