UEFA Çempionlar Liqası 2008/2009
From Wikipedia, the free encyclopedia
Çempionlar Liqasının 2008/2009 mövsümü UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 54-cü mövsümü və turnirin adı "Çempion Klublar Kubokundan" "UEFA Çempionlar Liqasına" dəyişdirilməsindən sonra 17-ci mövsümü idi. Final oyunu 27 may 2009-cu ildə Roma şəhərinin Olimpiko stadionunda keçirilmişdir.[1] Bu İtaliyada 8-ci, Olimpiko Stadionunda isə keçirilən 4-cü Avropa Kuboku finalı idi. Final turnirin son qalibi "Mançester Yunayted" ilə sonuncu dəfə 2006-cı ildə çempion olmuş "Barselona" arasında keçirilmişdir. "Barselona" Samuel Eto'o və Lionel Messinin qolları sayəsində 2–0 hesabı ilə qalib gəlməklə, Trebl etməyə daha da yaxınlaşdı. Bundan başqa, UEFA Kubokunun finalçıları "Verder Bremen" və "Şaxtyor" Çempionlar Liqasının qrup mərhələsində də iştirak etmişdilər.
UEFA Çempionlar Liqası 2008/2009 | |
---|---|
Yarış məlumatları | |
Tarix | 16 sentyabr 2008 — 27 may 2009 |
Başlama tarixi | 16 sentyabr 2008 |
Bitmə tarixi | 27 may 2009 |
Komanda sayı |
32 (qrup mərhələsi) 76 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Barselona (3-cü dəfə) |
İkinci | Mançester Yunayted |
Yarış statistikası | |
Oyun sayı | 125 |
Qol sayı | 329 (matç başına: 2.63) |
Tamaşaçı sayı | 5004467 matç başına: 40036 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Lionel Messi (9 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
Kiprin "Anortosis Famaqusta" və Belarusiyanın "BATE Borisov" klubları ölkələlərinin Çempionlar Liqasının qrup mərhələsində iştirak edən ilk komandaları idilər. Rumıniyanın "Kluj" və Rusiya çempionu Zenit də Çempionlar Liqasının məhz bu mövsümündə debüt etmişdilər.