Yuliya Samoylova
From Wikipedia, the free encyclopedia
Yuliya Oleqovna Samoylova (rus. Ю́лия Оле́говна Само́йлова; d. 7 aprel 1989, Uxta, Komi Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası) — Rusiya müğənnisi və bəstəkarı. 2017-ci ildə onun Ukraynaya girişinə üç illik qadağa qoyulmuşdur. Buna səbəb Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsidir[1]. Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə Krımın Kerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukraynanın ifaçıya qarşı tətbiq etdiyi qadağanın ardınca onun 2017 Avroviziya Mahnı Müsabiqəsində iştirakı baş tutmamışdır.
Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Yuliya Samoylova | |
---|---|
rus. Ю́лия Само́йлова | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Yuliya Oleqovna Samoylova rus. Ю́лия Оле́говна Само́йлова |
Doğum tarixi | (35 yaş) |
Doğum yeri | Uxta, Komi Respublikası, Rusiya Sovet Federativ Sosialist Respublikası |
Vətəndaşlığı | Rusiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2013–h.h. |
Janrlar | pop, rok |
Musiqi aləti | vokal |
jsvok.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Yuliya Samoylova "I Won't Break" mahnısı ilə Rusiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.