Şərqi Afrika Cəmiyyəti
From Wikipedia, the free encyclopedia
Şərqi Afrika Cəmiyyəti (ŞAC) (ing. The East African Community (EAC)) — altı Şərqi Afrika ölkəsini (Burundi, Keniya, Ruanda, Tanzaniya, Uqanda və Cənubi Sudan) daxil edən hökumətlərarası bir təşkilat [1]. Şərqi Afrika Birliyinin hazırkı sədri Burundi Respublikasının Prezidenti Pyer Nkurunzizadır. ŞAC 1967-ci ildə təsis edilmiş, 1977-ci ildə fəaliyyətini dayandırmış və 7 iyul 2000-ci ildə rəsmi olaraq canlandırılmışdır[2]. 2008-ci ildə Cənubi Afrika İnkişaf Birliyi (CAİB) və Şərqi və Cənubi Afrikanın İqtisadi Birliyi (ŞCAİB) ilə danışıqlardan sonra, sərbəst ticarət sahəsini genişləndirməyə və hər üç icmanın üzvü olan dövlətləri daxil etməyə razılıq verdi. ŞAC Afrika İqtisadi Birliyinin dayaqlarından biridir.
Şərqi Afrika Cəmiyyəti EAC, CAE, 東共體, 东共体, CAO, CAO, CAO, CAO, OAG, CAO, ВАС, САС, ŞAC, OAK, CAO | |
---|---|
ing. The East African Community (EAC) | |
Növü | Beynəlxalq təşkilat |
Yaranma tarixi | 7 iyul 2000 |
Rəsmi dili | İngilis, Suahili |
Mərkəzi | Aruşa, Tanzaniya |
Prezident | Pyer Nkurunziza |
Üzvləri | |
eac.int | |
Vikianbarda əlaqəli mediafayllar |
ŞAC, Şərqi Afrika Federasiyasının yaradılmasının potensial xəbərçisidir. 2010-cu ildə ŞAC, 2014-cü ilədək vahid valyuta və 2015-ci ilədək tam bir siyasi federasiya məqsədi ilə bölgədəki mallar, işçi qüvvəsi və kapital üçün ümumi bazarını açdılar[3]. 2014-cü ilin aprelində Şərqi Afrika Birliyinin sammitində Cənubi Sudan inteqrasiya blokunun altıncı üzvü olan dövlət kimi rəsmi qəbul edilməsi məsələsinə qərar verildi. 30 aprel 2014-cü il Cənubi Sudan, ŞAC-nə daxil olma müddətini 2014-cü ilin sentyabrına qədər təxirə salmağı xahiş etdi [4]. 2016-cı ilin mart ayında Cənubi Sudan sonda ŞAC-nə qəbul edildi[5]. 2023-cü ilin yanvarında Şərqi Afrika Birliyi (EAC) növbəti dörd il ərzində vahid valyuta buraxmağı planlaşdırır. Təşkilatın Nazirlər Şurası Şərqi Afrika Valyuta İnstitutunun yeri və vahid valyutanın dövriyyəyə buraxılması üçün yol xəritəsinin yaradılması barədə qərar verməlidir..