From Wikipedia, the free encyclopedia
İslam Hərbi İttifaqı (ərəb. التحالف الإسلامي العسكري, ing. Islamic Military Alliance to Fight Terrorism (IMAFT) — beynəlxalq terrorçuluq və İŞİD-lə mübarizə üçün yaradılmış İslam dünyasına mənsub 34 üzv dövləti birləşdirən hökumətlərarası hərbi blok.
İslam Hərbi İttifaqı IMCTC, AMICT | |
---|---|
Növü | Hərbi-siyasi blok |
Yaranma tarixi | 15 dekabr 2015 |
Mərkəzi | Ər-Riyad |
Qurucusu | |
Sədr | Rahil Şərif |
Üzvləri |
Üzvlərin siyahısı:
|
imctc.org imctc.org/en/Pages/defau… imctc.org/fr/Pages/defau… |
Səudiyyə Ərəbistanı İslam Hərbi İttifaqının yaradılması barədə 15 dekabr 2015-ci ildə elan etdi. Koalisiyaya Səudiyyə ilə yanaşı, Banqladeş, Bəhreyn, Benin, Qabon, Qvineya, Cibuti, Misir, İordaniya, Yəmən, Qətər, Küveyt, Komor adaları, Kot-d'İvuar, Liviya, Mavritaniya, Malayziya, Mali, Maldiv adaları, Mərakeş, Niger, Nigeriya, BƏƏ, Pakistan, Fələstin, Seneqal, Sudan, Syerra-Leone, Somali, Tunis, Türkiyə, Toqo və Çaddır.
Səudiyyə Ərəbistanının regional rəqibi olan şiə İranı koalisiyaya daxil edilməyib. Həmçinin, Suriya, İraq və Oman da ittifaqa qoşulmayıblar. Buna baxmayaraq, Səudiyyə Ərəbistanının xarici işlər naziri bildirib ki, koalisiya sırf sünni dövlətlərin ittifaqı olmayacaq, təşkilatın yaradılma məqsədi isə terrorla mübarizədir[1]. Pakistan, Malayziya və Livanın ittifaqa daxil edilməsi bu dövlətlərin razılığı ilə baş verməyib, həmçinin Qabon, Benin və Toqonun əhalisinin çox hissəsi müsəlman deyil[2][3]
Bu hərbi ittifaqın yaradılması çoxları üçün gözlənilməz oldu. Həmçinin, onun yaradılması haqda ölkə başçılarının zirvə toplantısında deyil, Səudiyyə Ərəbistanının müdafiə nazirinin açıqlamasında xəbər verilib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.