İngilis dili

Hind-Avropa dillərinin german dillərinə aiddir From Wikipedia, the free encyclopedia

İngilis dili
Remove ads

İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 373 milyon insan tərəfindən istifadə olunur. İkinci dil kimi 1.08 milyard insan danışır (2022).[96]

Cəld faktlar Orijinal adı, Ölkələr ...

BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, KanadanınMaltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları anqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.

Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir. Leksikanın 70% götürülmə sözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır. Orta əsrlərin əvvəllərində əlavə hərflər də istifadə edilirdi. Sonradan onlar sıradan çıxdılar. Orfoqrafiyada ənənəvi yazılış formasıdır.

Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur[97]. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.

Remove ads

Əlifba

İngilis əlifbasında 26 hərf, 44 səs var.

Əlavə məlumat Hərf, Hərfin adının tələffüzü (IPA) ...

Sözlərin uzunluğu

İngilis dilinin xarakterik cəhətlərindən biri onun qısa sözlərdən ibarət olmasıdır. Uzun sözlər dildə olsa da, onlara az rast gəlinir. Qısa sözlər ingilis dilinə alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindənlatın dilindən keçib. Qısa sözlər danışıqda və jarqonda, uzun sözlər isə elmdəpublisistikada işlədilir.

Remove ads

Dil tarixi[98]

Kökləri, 5-ci əsrdə yaşayan alman tayfalarına qədər uzanan ingilis dili dinamik təkamül yaşayıb.

Eramızın 450-ci ildən 1150-ci ilinə qədər danışılan köhnə ingilis dili, dilin linqvistik bazasını təşkil etmişdir. Vikinq işğalları zamanı qədim skandinav dilinən təsirlənib, həmçinin 1066-cı ildə Normanların fəthi dilə fransız lüğətini aşılayıb və orta ingilis dilinin yaranmasına səbəb olub. 15–17-ci əsrlərdəki İntibah Dövrü və Böyük Saitlərin Dəyişməsi prosesi bir çox dəyişikliklər gətirib. Müasir ingilis dili isə 18-ci əsrdə yaranıb, Sənaye inqilabı və Britaniya İmperiyasının genişlənməsi amillərilə formalaşmışdır.

Bu gün ingilis dili regional nüansları əks etdirən variasiyaları ilə qlobal bir dildir. Köhnə ingilis dilinin müasir ingilis dilinə təkamülü, sosial və mədəni dəyişiklikləri özündə əks etdirir.

Remove ads

Dialektləri

İngilis dilinin çox sayda dialektləri vardır. Dialektlər İngiltərədə daha çoxdur. ABŞ-də dialektlər olsa da, ədəbi dil kimi orta-atlantik dialekt işlənir.

Dünyada yayılması

Thumb
 İngilis dili və ya İngilis kreolu dili ana dili olduğu yerlər İngilis dili ana dili olmadığı halda ən çox danışılan ölkələr
Əlavə məlumat Ölkə ...
Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads