İsrail ərəbləri
From Wikipedia, the free encyclopedia
İsrail ərəbləri (ivr. ערבים אזרחי ישראל; ərəb. عرب إسرائيل (العرب الإسرائيليون)) - İsrail dövlətində yaşayan və bu dövlətin vətəndaşlığını daşıyan ərəb toplumu. İsrail ərəbləri ölkə əhalisinin 20.7% ini təşkil edir. İsrail daxilində yaşayan və ölkənin vətəndaşı olan 1.8 milyona yaxın şəxs yəhudi mənşəli deyil. Toplumun adlandırılmasında tez-tez İsrailin ərəb kökənli vətəndaşları ifadəsindən istifadə edilsə də toplumun daxilində ərəbcə danışan, ancaq ərəb kökənli olmayan kiçik qruplar da mövcuddur. Müxtəlif dini inanclara sahib olan İsrail ərəblərinin danışdığı dil ərəb dilidir. Toplum tərəfindən ərəb dilinin spesifik ləhcəsi olan fələstin ərəbcəsindən istifadə olunur. Əsasən gənc nəsildən olan şəxslər ərəb dili ilə yanaşı dövlətin əsas dili olan ivrit dilini də bilməkdədir.
Tanınmış İsrail ərəbləri: I Sıra: Emil Həbib • Amos Yarkoni • Amin Tarif • Səif əl-Din əl-Zubi • Hanan Zoabi • Əhməd Tibi | |||
Ümumi sayı | |||
---|---|---|---|
1,658,000 278.000 ərəb əlavə olaraq Şərqi Qüds və Colan təpələrində yaşamaqdadır. (2012) İsrail əhalisinin 20.7%[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Toplumun 83.8% nisbətində olan bölümü Sünni məzhəbinə daxildir. Xristian və Druz inancına sahib ərəblər isə sünnilərdən sonra ən böyük dini azlığı təşkil edirlər. İsrail Statistika Komitəsi tərəfindən 2010-cu ildə verilən məlumata əsasən, İsraildə 1.573.000 nəfər ərəb kökənli vətəndaş yaşamaqdadır və bu şəxslər ölkə əhalisinin 20.4% ini təşkil etməkdə idi.[2] Rəyi soruşulan şəxslərin əksəriyyəti mənşə baxımından ərəb və ya fələstinli, vətəndaş baxımından isə İsrailli olduqlarını bildirmişdilər.[3][4][5] Toplum nümayəndələrinin bir çoxunun Qəzzə, Suriya, İordaniya və Livanda yaşayan fələstinli mühacirlərlə qohumluq əlaqələri mövcuddur.
1967-ci ilə qədər çoğrafi ərazidə yaşayan bir çox ərəb Colan təpələri və Şərqi Qüds ərazilərində yaşamaqda idi. Altı günlük müharibə dönəmində İsrailin bölgədə əsas gücə çevirilməsi bölgə ərəblərinin İsrail tabeliyində yaşaması ilə nəticələnmişdir. İsrail sərhədləri daxilində yaşayan ərəblərə İsrail vətəndaşlığı təklif etmişdir, ancaq ərəblər İsrail dövlətinin nəzarəti altında yaşamaq istəmədikləri üçün təklifdən imtina etmişdilər.[6] Təklifdən imtina edilməsinin ardından İsrail ərazinin yerli sakinlərinə daimi oturum icazəsi verdi. Eyni zamanda ərəblər dövlət tərəfindən yəhudilər üçün nəzərdə tutulmuş bütün imtiyaz və hüquqlardan istifadə edə biləcəkdilər.[7].