Ərəb dili
Sami dili və ərəb dünyasının "lingua franca"sı / From Wikipedia, the free encyclopedia
Ərəb dili (ərəb. اللغة العربية, ərəb. عربي) — Sami dillərinin Cənub qrupunun Şimal bölməsinə daxildir. Qohum dillərdən qədim tarixi, geniş yayılması, fonetik-qramatik və leksik xüsusiyyətlərini bu günədək qoruyub saxlaması ilə fərqlənir. BMT-nin 6 rəsmi və işlək dilindən biridir. Zəngin samit sisteminə malikdir (velar, farinqal, larinqal samitlər). Sadə sait sistemi mövcuddur. Söz sırası bir qayda olaraq belədir: XMT (xəbər-mübtəda-tamamlıq).
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ərəb dili | |
---|---|
Orijinal adı | اللُّغَة العَرَبِيّة |
Ölkələr |
|
Danışanların ümumi sayı | |
Təsnifatı | |
|
|
Dil kodları | |
QOST 7.75–97 | ара 050 |
ISO 639-1 | ar |
ISO 639-2 | ara |
ISO 639-3 | ara |
Ethnologue | ara |
Linguasphere | 12-AAC |
ABS ASCL | 4202 |
IETF | ar |
Glottolog | arab1395 |
Vikianbarda əlaqəli mediafayllar |
Müasir ərəb ədəbi dili əhalisi birlikdə iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir. Ədəbi dil ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur. Bunlar bir-birlərindən və habelə ədəbi dildən ciddi şəkildə fərqləndiyi üçün müxtəlif ölkə ərəblərinin bir-birini anlamaması, müvafiq hazırlığı olmayan ərəblərin isə çox zaman ədəbi dili başa düşməməsi adi hal hesab edilir.