İstanbul Hərb Muzeyi
İstanbulda muzey / From Wikipedia, the free encyclopedia
İstanbul Hərb Muzeyi (türk. Askerî Müze) — İstanbulda türklərin əcdadlarından müasir Türkiyəyə qədər olan türk hərbi tarixindən bəhs edən muzey. İstanbulun Harbiye səmtindəki Cümhuriyyət küçəsində yerləşən, 54.000 m² ərazidə qurulmuş, 18.600 m² bina olan tikililər kompleksidir. Geniş bir ərazini əhatə edən Mekteb-i Harbiye binası Osmanlı imperiyası üçün zabit yetişdirmək üçün qurulmuş və 1862-ci ildə inşa edilmişdir. Muzey bazar ertəsi və çərşənbə axşamı günləri istisna olmaqla hər gün ziyarətçilərə açıqdır.
Cəld faktlar Əsası qoyulub, Açılış tarixi ...
İstanbul Hərb Muzeyi | |
---|---|
(türk. Askerî Müze) | |
| |
Əsası qoyulub | 1846 |
Açılış tarixi | 1908 |
Yenidən təşkil olunub | 1957, 1993 |
Mövzu | hərb tarixi |
Ölkə | Türkiyə |
Yerləşir | İstanbul |
Ünvan | Şişli, Harbiye məhələsi, Cümhuriyyət küçəsi |
Kolleksiyası | 50 min eksponat |
İş rejimi | çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar |
41°02′54″ şm. e. 28°59′17″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla