İstanbul metropoliteni
From Wikipedia, the free encyclopedia
İstanbul metropoliteni — Türkiyənin İstanbul şəhərində xidmət verən metro sistemidir. 3 sentyabr 1989-cu ildə xidmətə girdiyində Türkiyənin ilk metro sistemi idi. Metro İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən idarə olunur və hal-hazırda 11 metro xətti (M1A, M1B, M2, M3, M4, M5, M6, M7, M8,M9,M11) və 101 stansiyaya malikdir[1]. Bu xüsusiyyəti ilə İstanbul metrosu, ölkənin ən böyük metro şəbəkəsidir. M1A, M1B, M2, M3, M6, M7 ve M9 xətləri Avropa tərəfində, M4,M5 və M8 xətləri Asiya tərəfində xidmət göstərir. M1B, M3, M4, M5, M7,M9və M11 metro xətlərinin genişləndirilməsi işləri davam etdirilir. M10, M12, M13, M14 metro xətlərinin tikintisi davam edir. Tikintisi davam edən M10, M12, M13, M14 xətləri Asiya tərəfində yer alacaqdır.[2]
Cəld faktlar Təsvir, Tipi ...
İstanbul metropoliteni | |||
---|---|---|---|
Təsvir | |||
Tipi | Metro | ||
Ölkə | Türkiyə | ||
Yerləşməsi | İstanbul, Türkiyə | ||
Açılış tarixi | 3 sentyabr, 1989 | ||
Sahibi | İstanbul Böyükşəhər Bələdiyyəsi | ||
Operator | Metro İstanbul | ||
Gündəlik sərnişindaşıma | 4.125.000 nəfər | ||
İllik sərnişindaşıma | 495.000.000 nəfər | ||
Saytı | İstanbul Metrosu | ||
Marşrut şəbəkəsi | |||
Xətlərin sayı |
9 (işlək) 6 (təmirdə) |
||
Stansiyaların sayı | 111 | ||
Şəbəkənin uzunluğu | 144 km | ||
Mütəhərrik qatarlar | |||
Depo sayı | 17 | ||
Texniki detallar | |||
Orta sürət | 35 km/h | ||
Maksimal sürət | 80 km/h | ||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla