İstifadəçi:Sevindiknesiboglu2008/Qaralama-3
From Wikipedia, the free encyclopedia
Nəcməddin Ərbakan (türk. Necmettin Erbakan; 29 oktyabr 1926, Sinop – 27 fevral 2011, Ankara) — Türk mühəndis, akademik, siyasətçi, Milli Görüş (digər adı ilə Ərbakançılıq) ideologiyasının banisi, Türkiyənin 33-cü baş naziri (1996–1997) və keçmiş millət vəkili.
Sevindiknesiboglu2008/Qaralama-3 | |
---|---|
28 iyun 1996 – 30 iyun 1997 | |
Prezident | Süleyman Dəmirəl |
Əvvəlki | Məsud Yılmaz |
Sonrakı | Məsud Yılmaz |
Bir müddət ərzində Türkiyə hökumətində baş nazir müavinliyi və baş nazirlik vəzifəsini icra etmiş, sayca 54-cü Türkiyə hökumətini qurmuşdur. Doğru Yol Partiyasının sədri, dövrün prezidenti Süleyman Dəmirəl ilə qurulan bu hökumətin digər adı hər iki partiyanın adlarının birləşməsi ilə əlaqələndirilən "RİFAHYOL Hökuməti"dir. 28 fevral 1997-ci ildə ordu gücü ilə onun hökuməti süqut etmiş, Ərbakan istefa verərək vəzifəsini Məsud Yılmaza təslim etmişdir. Bu hadisədən sonra ona 5 il müddətində siyasət qadağası qoyulmuşdur. "İtmiş trilyon" adlanan cinayət işinin nəticəsi olaraq 2 il 4 ay müddətində həbs edilmişdir.
1974-cü ildə Bülənd Ecevit və Ərbakanın səyləri ilə qurulan 37-ci Türkiyə hökumətində Ecevit baş nazir, Ərbakan baş nazir müavini olmuşdur. 10 aylıq hökumət dövründə Kipr Sülh Hərəkatı baş vermiş və hərəkatın bütün hərbi əməliyyatları Ecevit ilə Ərbakanın rəhbərliyi ilə icra edilmişdir.