From Wikipedia, the free encyclopedia
İvan Puni (rus. Иван Пуни, fr. Jean Pougny; 22 mart (3 aprel) 1890[1][2][…] və ya 1894[3], Repino[d][4] – 28 dekabr 1956[5][6][…], Paris[4]) — rus əsilli avanqard rəssam (Suprematist, Kubist).
İvan Puni 20 fevral (4 mart) 1894-cü ildə Kuokkalada (indiki Rusiyada Repino) İtalyan mənşəli bir ailədə anadan olub. O, görkəmli İtalyan bəstəkarı, Cesare Puninin nəvəsidir.
1909–1910-cu illərdə Parisdə Julian Akademiyasında və müxtəlif atelyelərdə təhsil aldı. İvan Puni 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lübov Popova, İvan Kliun, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nadejda Udaltsova, Nina Genke və başqaları) olduğu, Supremus qrupuna qatıldı.
1915–1916-cı illərdə İvan Puni digər suprematist rəssamlar ilə Verbovka Kəndi Xalq Mərkəzində işləyib.
1919-cu ildə o, Vitebsk İncəsənət Məktəbində dərs verdi.
İvan Puni Kseniya Boquslavskaya ilə evləndi.
1920-ci ildə İvan Puni və Kseniya Boquslavskaya Almaniyaya və 1923-cü ildə Fransaya mühacirət etdilər. İvan Puni adını dəyişib Jean Pougny qəbul etmişdir. O, 1946-cı ildə Fransa vətəndaşı oldu.
Ivan Puni (Jean Pougny) 1956-cı ildə Parisdə vəfat edib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.