From Wikipedia, the free encyclopedia
Şimali Koreyanın diplomatik nümayəndəliklərinin siyahısı (kor. 조선민주주의인민공화국의 재외공관 목록) — Koreya Xalq Demokratik Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Koreya Xalq Demokratik Respublikası məhdud sayda xarici dövlətlərlə ikitərəfli və diplomatik əlaqələr saxlamaqdadır.
Ölkənin Qərbi Avropada ilk səfirliyi İsveçin paytaxtı Stokholm şəhərində açılmışdır. Bu gün isə Vyana, Roma, Berlin, Varşava və Buxarest kimi şəhərlərdə səfirliklər mövcuddur.
Şimali Koreyanın Afrikada 11, Cənubi Amerikada 5, Asiyada 18 və Avropada 13 səfirliyi fəaliyyətdədir. Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən səfirliklə yanaşı Nijni Novqorod, Naxodka və Xabarovsk şəhərlərində konsulluq şöbələri fəaliyyət göstərir. Çinin Honkonq və Şenyan şəhərlərində də, Pekində yerləşən səfirliyə tabe olan konsulluq şöbələri mövcuddur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.